Məhkəmə qərarları › İş №3(076)-394/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-394/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-394/2024 24.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-in qanuni təmsilçisi vəzifəsində işləyən, Şəmkir rayon, Səməd Vurğun kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 23 aprel 2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir Rayon məhkəməsi tərəfindən verilmiş, 2(076)-3108/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X2 cəmi 3452.23 (üç min dörd yüz əlli iki manat, iyirmi üç qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun BOKT "xxxx" MMC-in xeyrinə tutulması qərara alınmış, lakin, bununla əlaqədar olaraq X4 əmək haqqından iş yeri üzrə qanuni əsas olmadan tutulma aparılmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə yönəltmə məktubu göndərilmiş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Hazırda borclunun icra sənədi üzrə borcu 2341.67 manat təşkil edir. Göstərilənlərə əsasən "xxxx" MMC-in qanuni təmsilçisi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən, borclu X4 əmək haqqından iş yeri üzrə qanuni əsas olmadan tutulma aparılmamışdır və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, izahatında göstərdi ki, vətəndaşın ailə vəziyyəti pisdir, körpə uşaqları var, ona görə əmək haqqısından tutmanı yönəltməyi məqsədəmüvafiq hesab etmədi. İş materiallarına əlavə edilmiş, 2(076)-3108/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X2, cəmi 3452.23 (üç min dörd yüz əlli iki manat, iyirmi üç qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun BOKT "xxxx" MMC-in xeyrinə tutulması qərara alınmışdır. İş materiallarından görünür ki, borclu X4 əmək haqqından iş yeri üzrə tutulma aparılması üçün, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə yönəltmə məktubu göndərilmiş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan, "xxxx" MMC-in qanuni təmsilçisi Şəxs, Şəmkir rayon İcra və Probasiya şöbəsinə vermiş olduğu izahatında, xx.xx.2024-cü il tarixli əmək haqqından tutulma məktubu ilə əlaqədar bildirmişdir ki, Eldəniz adlı işçinin imkanı yoxdur, Eldəniz kredit götürən şəxslə danışaraq mövcud borcunu tam bağlayacaq buna görə də onun əmək haqqından tutulma edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs, "xxxx" MMC-in qanuni təmsilçisi kimi fəaliyyət göstərir və onun tərəfindən Şəmkir Rayon məhkəməsinin, 2(076)- 3108/2018 saylı, xx.xx.2018-ci il tarixli, icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, vəzifəli şəxs hesab edilməli olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, borclu tərəfindən ödənilməmiş borc məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar