Məhkəmə qərarları › İş №3(076)-396/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-396/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-396/2025 14.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı Azərbaycan Respublikası DİN–in BDYPİ–nin vəzifəli şəxsinin, X1 barəsində tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 26871545 saylı, xx.xx.2025-ci il tarixli EQ 26938205 saylı və xx.xx.2025-ci il tarixli EQ 27041586 saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Barəsində qərar çıxarılmış X3, Azərbaycan Respublikası DİN–in BDYPİ–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli EQ 26871545 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 26938205 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 27041586 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X2 qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 mübahisələndirdiyi qərar xx.xx.2025ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Ərizəçinin şikayəti isə xx.xx.2025-ci il tarixdə tərtib olunaraq, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin Məcəllənin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qeyd olunan Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar