Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-397/2025 15.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə DİN-nin BDYPİ YPX Alayının İX Tağımının vəzifəli şəxsinin, X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında çıxarılmış xx.xx.2025–ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: DİN-nin BDYPİ YPX Alayının İX Tağımının vəzifəli şəxsinin, X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında çıxarılmış xx.xx.2025–ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postuna tabe olan xidməti avtomobildə xidmət aparan polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında barəsində xx.xx.2025ci il tarixli, TP7135575 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu barədə SMS vasitəsilə xx.xx.2025-ci il tarixində məlumat almışdır. Telefonuna gələn smsdə İXP ******* nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixdən etibarən icra qərarı qüvvəyə mindiyi bildirilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində özü şəxsən gedib Şəmkir rayon üzrə X5 İdarəsindən qərarın surətini götürmüşdür. xx.xx.2025-ci il tarixində X5 İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postuna tabe olan xidməti avtomobildə xidmət aparan polis əməkdaşları tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyilə bağlı İXP ******* saylı protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixindən İXP ******* saylı protokol üzrə icra qərarı qüvvəyə minmişdir. Polis əməkdaşlarının müəyyən etdiyinə görə guya ki o xx.xx.2025-ci il tarixində, saat 09:37-də Bakı-Qazaz yolunun 398-ci km-də Şəmkir rayon ərazisində "xxxx" MMC-nin (şərab zavodunun) önündən keçən zaman “BMW 520” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə əməl etməyərək maneəni kənardan keçmişdir. Buna görədə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin qeyd etmək istəyir ki, o həmin yolda İXM-nin 327.2-ci maddəsində göstərilən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə əməl etmişdir. Kənardankeçmə əməliyyatını o 1.6 və 1.5 üfiqi nişanlanma xətti başladıqdan sonra həyata keçirmişdir. O həmin yolla üzü Gəncə istiqamətində hərəkət edərkən 1.1 üfıqi nişanlanma xətti bitdikdən və 1.6 və 1.5 üfıqi nişanlanma xətti başladıqdan sonra sola dönmə işıq siqnalını yandıraraq önümdəki avtomobilin kənarından keçmişdir. X5 İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postuna tabe olan xidməti avtomobildə xidmət aparan polis əməkdaşları arxasınca gələrək onu saxladıb barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə 1.1, 1.3 və 1.11 üfıqi nişanlanma xətlərinin tələblərinə əməl etməyərək maneəni kənardan keçməyə görə protokol tərtib etdilər. Halbuki o həmin yolda 1.1, 1.3 və 1.11 üfıqi nişanlanma xətlərinin tələblərini pozmamışdır. O maneəni 1.1 üfıqi nişanlanma xətti bitib 1.6 və 1.5 üfıqi nişanlanma xətti başladıqdan sonra keçmişdir. O hesab edir ki, maneəni 1.6 və 1.5 üfıqi nişanlanma xətti başladıqdan sonra kənardan keçdiyinə görə onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneənin kənardan keçilməsinə görə inzibati protokol tərtib edilməsi tamamilə əsassızdır. Normanın məzmunu nəzərə alınsa, İXM-nin 327.2-ci maddəsinə əsasən o həmin yolda 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmədən kənardan keçmə əməliyyatı apardığı halda barəsində cərimə tətbiq edilə bilərdi. Lakin o 1.6 üfiqi nişanlanma xətti başladıqdan sonra kənardan keçmə əməliyyatını həyata keçirdiyinə görə X5 İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postuna tabe olan xidməti avtomobildə xidmət aparan polis əməkdaşları tərəfindən barəsində protokol tərtib edilməsi tamamilə qanuna ziddir. Belə ki, xx.xx.2025-ci il tarixli İXP İXP ******* nömrəli protokol əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, TP7135575 nömrəli qərar ilə onun İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 100 manat cərimə olunması ilə bağlı bildirir ki, o həmin yolda olan Yol hərəkəti nişanlarının heç birinin tələbini pozmamışdır. Polis əməkdaşları qərəzli olaraq ona İXM-nin 327.2-ci maddəsinin həmin bəndi ilə cərimə tətbiq etmişdir. İXM-nin 3-cü maddəsinin məzmunundan belə aydın olur ki, inzibati xəta tərkibi yalnız inzibati xətanın bütün tərkib əlamətlərinin mövcud olduğu anda yaranır. İndiki halda isə nəzərə alınsa ki, onun tərəfindən həmin yolda olan nişanların tələblərini pozan hərəkət olmayıb və eyni zamanda İXM-nin 327.2-ci maddəsində qeyd olunan 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə hərəkətlərinin onun tərəfindən törədilməsi təsdiqlənmədiyindən onun əməlində 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Bundan başqa protokol və qərar çıxarılarkən İnzibati Xətalar Məcəlləsinin prosessual tələbləri də pozulmuşdur. Belə ki X5 İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postuna tabe olan xidməti avtomobildə xidmət aparan polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin tələblərinə məhəl qoymadan heç bir əsasladırma və sübut olmadan onun barəsində inzibati cərimə tətbiq etmişdir. Nə qərarda, nə də protokolda hansı əsasla İXMnin 327.2-ci maddəsinin tələblərinin pozulması göstərilməmiş və heç bir sübut əlavə edilməmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, TP7135575 nömrəli qərar təqsirsizlik prezumpsiyasına dair imperativ tələblər pozularaq çıxarılmışdır. Belə ki, nə onun təqsiri sübuta yetirilməmiş, nə də ki sübuta yetirilməmiş hallar onun xeyrinə həll olunmamışdır. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X2 qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X3 mübahisələndirdiyi qərar xx.xx.2025– ci il tarixdə qəbul edilmişdir. Ərizəçinin şikayəti isə xx.xx.2025–ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi X3 qərardan şikayət vermə müddətini ötürmüş, eləcə də prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-397/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-397/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver