Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-4/2023 10.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Şəmkir rayonu, Göyməmmədli kəndində aнадан олмуш, Азярбайжан Республикасы вятяндашы, орта тящсилли, evli, işsiz, ünvan 1 ünvanda йашайан Şəxs Азярбайжан Республикасы Иnzibati Хətalar Мəcəlləsinин 327.8-ci маддяси иля nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola aчыг мящкямя ижласында бахараг MÜƏYYƏN ETDİ : Şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ 21154” markalı ** BR *** nömrəli avtomaşınla Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində hərəkətdə olarkən X2 idarə etdiyi “VAZ 21063” markalı ** CB *** nömrəli avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşında sərnişin olan X8 və X5 xəsarət almışlar. Бу щярякятляри иля Şəxs оьлу Azərbaycan Respublikası ИХМ-ин 327.8-ci маддясиндя нязярдя тутулан инзибати хятаны тюрятмишдир. Şəxs оьлуnun щямин инзибати хятаны тюрятмяси ишдя олан сянядлярля tam тясдиг олунmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs оьлу özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, 01 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ 21154” markalı ** BR *** nömrəli avtomaşınla Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində hərəkətdə olarkən X7 idarə etdiyi “VAZ 21063” markalı ** CB *** nömrəli avtomaşınla qəflətən onun avtomaşınının sağ orta hissəsindən vurmuşdur. Nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş və o, yüngül bədən xəsarəti almışdır. Hazırda özünü təqsirli bilmir və hesab edir ki, yol-nəqliyyat hadisəsi X2 təqsiri ucbatından baş vermişdir. Odur ki, protokolun dəlillərini qəbul etmir və qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Şəmkir RPŞ-yə, zərərçəkmiş şəxslər X6 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin, habelə Şəmkir RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli 1224 saylı ekspert rəyinə əsasən X4 bədən səthində sağ ayaq pəncəsinin şişkinlik, qançırı və ağrı halında əzniyi kimi xəsarətlər aşkar edilmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Həmin qərardan görünür ki, xx.xx.2022-ci il tarixli 1223 saylı ekspert rəyinə əsasən X1 bədən səthində başın tüklü hissəsində sağ gicgah nahiyəsinin sıyrığı və üst dodağın sol yarısının selikli qişasının əzilmiş yarası kimi xəsarətlər aşkar edilmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə, Şəxs özünü təqsirli hesab etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Həmçinin, məhkəmə Şəxs inzibati tənbeh tədbiri təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, mящкямя хятанын характерини, инзибати хята тюрятмиш шяхсин шяхсиййятини, онун тягсиринин дяряжясини, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin maddi ziyanla bağlı şikayətçi olmasını нязяря алараг щесаб едир ки, Şəxs оьлуnun barəsində cərimə növündə inzibati tənbeh tətbiq едилмяsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-4/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-4/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver