Məhkəmə qərarları › İş №3(076)-4/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-4/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-4/2024 04.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: Şəxs, Salyan Rayon Məhkəməsinin 16(057)-14/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-802/2023 saylı qərardadı ilə Şəxs məhkəmə iclasına məcburi qaydada gətirilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Məhkəmə işə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və Şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 16(057)- 14/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 600 manat alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-802/2023 saylı qərardadından görünür ki, Şəxs məhkəmə iclasına məcburi qaydada gətirilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)- 802/2023 saylı qərarına əsasən, iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022ci il tarixli qərarında göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində 05 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmiş, bundan sonra inzibati xətanı törətmiş şəxs qaçıb gizləndiyinə görə məhkəmənin qərarı ilə onun məhkəmə iclasına məcburi qaydada gətirilməsi zərurəti ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, qanunverici inzibati xətanın törədildiyi vaxtdan bir il keçdikdən sonra qaçıb gizlənən şəxsin belə inzibati məsuliyyətə cəlb olunmasını qadağan etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İXM–nin 528.1–ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına, həmin Məcəllənin 38–cü maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar