Məhkəmə qərarları › İş №3(076)-4/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-4/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-4/2025 10.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi X11 haqqında qərardan şikayət vermiş X3 ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X11 haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X11 haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər DYPŞ-nin YNH-üzrə inspektoru polis leytenantı Sübhan Bayramov tərəfindən Azərbaycan Respubliksı İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2024-ci tarixli, İXP ******* nömrəli X9 Protokol və həmin protokol əsasında tərtib edilmiş, xx.xx.2024-cü il tarixli, X11 Haqqında TP ******* nömrəli qərarı qəbul edilmiş və həmin qərarla barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Gəncə şəhər DYPŞ-nin YNH- üzrə inspektoru polis leytenantı Sübhan Bayramov tərəfindən onun barəsində Azərbaycan Respubliksı İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2024-ci tarixli, İXP ******* nömrəli X9 Protokol və həmin protokol əsasında, xx.xx.2024-cü il tarixli, (halbuki, həmin qərar faktiki olaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir) X11 Haqqında TP ******* nömrəli qərarın surəti xx.xx.2024-cü il tarixdə ona verilmişdir. Gəncə şəhər DYPŞ-nin YNH üzrə inspektoru polis leytenantı Sübhan Bayramov tərəfindən Azərbaycan Respubliksı İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş. xx.xx.2024-cü il tarixli, X11 Haqqında TP ******* nömrəli qərarın surətində qeyd edilmişdir ki, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində X9 iş üzrə qərardan yuxarı səlahiyyətli orqana(vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Onun barəsində Gəncə şəhər DYPŞ-nin YNH üzrə inspektoru polis leytenantı Sübhan Bayramov tərəfindən onun barəsində Azərbaycan Respubliksi İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2024-ci tarixli, İXP ******* nömrəli X9 Protokol və həmin protokol əsasında, xx.xx.2024-cü il tarixli, (halbuki, həmin qərar faktiki olaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir) X11 Haqqında TP ******* nömrəli qərarı tam qanunsuz olduğundan həmin qərardan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 128.2.3 və 129.1.3-cü maddələrinə Əsasən məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Belə ki, Gəncə şəhər DYPŞ-nin YNH- üzrə inspektoru polis leytenantı Sübhan Bayramov tərəfindən onun barəsində Azərbaycan Respubliksi İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-ci tarixli, İXP ******* nömrəli X9 Protokolun aşağı hissəsində heç bir qeydlər aparılmamış, vəzifəli şəxs yalnız protokol öz imzası ilə təsdiq etməklə, yəni protokolun yuxarı hissəsində X5 tərəfindən (vəzifəli şəxsin adı, ata adı və soyadı, tərtib edildiyi yer) Nizami pr. xx.xx.2024cü il tarixində saat 15:30-da BMW 316 Minik markal 90MB695 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən, xx.xx.1987-ci ildə Ermənistanda anadan olmuş, FİNkod61V5EUSR) hazırda Şəmkir rayonun Çənlibel kəndində qeydiyyatda olan X3 tərəfindən nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş qeydləri aparmaqla, protokolun rekvizitləri tam doldurulmamışdır. Gəncə şəhər DYPŞ-nin YNH üzrə inspektoru polis leytenantı X5 tərəfindən onun barəsində Azərbaycan Respubliksi İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş, xx.xx.2024-cü il tarixli, (halbuki, həmin qərar faktiki olaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir) İnzibati Tənbeh Vermǝ Haqqında TP ******* nömrəli qərarın surətində də qanun pozuntularına yol verməklə qərar qəbul etmişdir. Belə ki, X11 Haqqında TP ******* nömrəli qərarın yuxarı hissəsində isə protokolu tərtib edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı Gəncə şəhər DYPŞ-nin Yol Patrul Xidməti İnspektoru Polis X2 qeyd edilməklə, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1987-ci ildə anadan olmuş, barəsində X9 iş üzrə icraat aparılan X3 barəsində tərtib edilmiş xx.xx.2024-ci tarixli, İXP ******* nömrəli Protokol və X9 işin digər materiallarına baxılaraq, müəyyən edildi ki, Məmmədov Mirtǝbib Çingiz oğlu xx.xx.2024-cü il tarixində saat 15:30da Nizami pr ərazidə BMW 316 Minik markal 90MB695 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən "araməsafəsi qaydalarının pozulmasına" görə X3 tərəfindən nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibti xəta törədilmişdir. Gəncə şəhər DYPŞ-nin YNH üzrə inspektoru polis leytenantı X5 tərəfindən onun barəsində tərtib edilmiş qərardan göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 protokol və qəbul edilmiş noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli və 4 nömrəli əlavəsi və eləcədə Azərbaycan Respublikasının DİN-nin 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli Qərarını ilə təsdiq edilmiş "Yol-patrul xidməti haqqında Təlimat"ın 8-ci maddəsində nəzərdə tutulan tələblərini pozmuşdur. İşin faktiki halları ondan ibarət olmuşdur ki, o Şəmkir rayonun Çənlibel kəndində qeydiyyatda olan, Gəncə şəhəri Gülüstan qəsəbəsi Qəmərli küçəsi 120 nömrəli evdə yaşayan xx.xx.1987-ci il təvəllüdlü Məmmədov Mirtǝbib Çingiz oğlu AE 339762 nömrəli "BC" kateqoriyalı Sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus "BMW- 316" Minik markal 90MB695 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 15-30 radələrində Gəncə şəhər Nizami prospektində 38 saylı hərbi şəhərciyi yaxınlığında birtərəfli iki zolaqlı yola quraşdırılmış işıqforun yaşıl işığı yananda 40 km/saat sürətində irəli hərəkət edərkən, qarşıda Zil-Yük Avtomobili yolun sağ istiqamətində dayandığından, o özünə məxsus "BMW -316" Minik markal 90MB695 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun sol zolağı istiqamətinə çıxıb qarşıda hərəkət edən Niva markalı minik avtomilin ilə ara məsafəsi saxlamaqla hərəkət edərkən Nivamarkalı avtomobilin qarşısında hərəkət edən OPEL- markalı 10 GY-450 dövlət qeydiyyat nişanlı avtomobil və onun qarşısında isə Toyota - Prius-markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkət edirdi. Bu vaxt qarşısında hərəkət edən Niva Markalı avtomobilin sürücüsü qarşıda hərəkət edən OPEL- markalı 10 GY-450 dövlət qeydiyyat nişanlı avtomobil və onun qarşısında isə Toyota Prius-markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qarşısına heç bir mane olmadığı halda dayandığını görüb, Niva Markalı avtomobilin sürücüsü yolun sağ zolağına çıxıb, hərəkət etdi. Lakin, oda idarə etdiyi avtomobili istədi ki, Niva Markalı avtomobilin hərəkət etdiyi yola çıxısın, bu vaxt güzgüyə baxanda gördü ki, bu mümkün deyil ona görə ki, sağ tərəfdən Qırmızı rəngli Ford markalı yük avtomobili sürətlə gəlib, idarə etdiyi avtomobili arxa hissəsində vurub qəza törədə bilər. Yol-qəza hadisəsinin qarşısını almaq üçün o məcbur olub, idarə etdiyi avtomobilə tormoz verdi və bu vaxt yolun sol hərəkət zolağında heç bir qəza işığı yandırmayan dayanmış OPEl-markalı 10 GY-450 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyib panel hissəsini zədələdi və onun idarə etdiyi BMW -316 Minik markal 90MB695 dövlət qeydiyyat nişanlı avtomobilin isə qabaq sağ və sol faraları ilə birlikdə detaları mühərrikin üst hissəsi, radiatoru, lanjironu və qabaq kapotu zədələndi. Bundan başqa o idarə etdiyi avtomobilin OPEl-markalı 10 GY-450 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəydiyindən və həmin vaxt OPEl-markalı 10 GY-450 dövlət qeydiyyat nişanlı avtomobil isə qəza işığını yandırmadan dayanmış Toyota-Prius-markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxa hissəsinə toxunmuş, lakin, sonuncu avtomobilə cüzi zədə dəymişdir. Hadisənin baş verməsinə səbəb qəza işığını yandırmadan qarşında heç bir maneǝ olmadan yolun sol zolağında dayanmış Toyota - Prius-markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü olmuşdur. Hadisə yerinə Gəncə şəhər DYPŞ-nin YNH- üzrə inspektoru polis leytena X5 gələrək yolnəqliyyat hadisəsinin araşdırmasına başlamışdır. Gəncə şəhər DYPŞ-nin YNH- üzrə inspektoru polis leytenantı X4 hadisənin qaçılmaz olduğunu və hadisənin baş verməsinə səbəb qaza işığını yandırmadan qarşında və heç bir mane olmadan yolun sol zolağında dayanmış Toyota Prius-markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü olduğu barədə məlumat vermişdir. Qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən X11 haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6779045 nömrəli X11 haqqında qərardan görünür ki, X3 ara məsafəsi qaydalarının pozmaqla İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. X3 şikayətində göstərmişdir ki, o, inzibati xətanın törədilməsində özünü təqsirli bilmir. Belə ki, onun arxasınca hərəkətdə olan avtomobillər qəfil duraraq qəza işıqlarını yandırmamışdır. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ bəndinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ bəndinə əsasən Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, X1 idarə etdiyi avotmobilin qarşısında hərəkətdə olan avtomobil dayanan zaman X3 ara məsasəfi saxlamadığından avtomobilin arxa tərəfindən toqquşmuşdur. X3 şikayətində avtomobilin durarkən onun qarşısında qəfil durduğundan qəza baş verdiyini bildirsə də iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən videoyazıdan görünür ki, X1 bildirdiyinin əksinə, həmin vaxt qeyd etdiyi avtomobilin arxasında olan X1 idarə etdiyi avtomobil ara məsafəsi saxlamadığından qəza baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X11 haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar