Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-401/2025 16.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədirliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Zərərçəkmiş şəxs: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, 16 mart 2025-ci il tarixdə Şəmkir rayonu Kraz yolu yaşayış massivində yaşayan oğlu Zərərçəkmiş şəxs vuraraq ona ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X5 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yaşayan X4 ərizə ilə Şəmkir RPŞ-yə müraciət edərək həmin tarixdə Şəxs azyaşlı oğlu Zərərçəkmiş şəxs döyməsini bildirmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, X4 onun keçmiş əridir və aralarında normal münasibətlər olmuşdur. O, Səxan Əlizadə ilə 2015-ci il tarixdə evlənmişlər və bu evlilikdən 2 uşaqları vardır. Lakin, son vaxtlar aralarında normal münasibətlər olmadığı üçün onlar 2020-ci il tarixdə rəsmi qaydada ayrılmışlar. Bundan sonra iki övladı onunla birlikdə yaşamışdır. Onun oğlu Zərərçəkmiş şəxs həftə içi hazırlığa gedir. Lakin, Fəqan son vaxtlar hazıqlıqdan yayındığı üçün o, Fəqana hazırlığa getməsini və hazırqlıqdan qalmamasını bildirmiş və bu barədə keçmiş həyat yoldaşı Sərxan Əlizadəyə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə o, oğlu Fəqanı hazırlığa göndərmişdir. Lakin, Fəqan hazırlığa getmədiyi üçün o, əsəbləşmiş və Fəqanı yaşadığı evdə 3-4 dəfə şillə ilə vuraraq döymüşdür. Daha sonra isə Sərxan ilə əlaqə saxlayaraq Fəqanın hazırlığa getmək istəməməsini bildirib yaşadıqları evdən Fəqanı aparmasını söyləmişdir. Bir neçə saat sonra Sərxan onların yaşadıqları evə gəlmiş və Fəqanı özü ilə birlikdə götürərək aparmışdır. Hazırda əməlindən peşmandır, əsəbi olmuşdur.Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində izahatı alınmış X4 izahatında bildirdi ki, Şəxs onun keçmiş arvadı, Zərərçəkmiş şəxs isə onun oğludur. Aytac İsmayılovla 2015-ci il tarixdə ailə həyatı qurmuş və bu evlilikdən 2 uşaqları olmuşdur. Lakin, son vaxtlar aralarında tez-tez mübahisə olduğu üçün onlar 2020-ci ilin sentyabr ayında rəsmi qaydada ayrılmışlar. xx.xx.2025-ci il tarixdə o işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, xx.xx.2025-ci il tarixdə Aytac onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq oğlu Fəqanı edən çıxardacağını və onu aparmasını bildirmişdir. Belə olan halda o Aytacın yaşadığı evə getmişdir. O Aytac ilə söhbət edən zaman, Aytac oğlu Fəqanın onunla getmək istəmədiyini söyləmişdir. O Fəqan ilə söhbət etdikdə Fəqan anası Aytacın onu döydüyünü və onunla getmək istədiyini bildirmişdir. Belə olan halda o Fəqanı götürərək Şəmkir RPŞ-nə gəlmişdir. X3 barışmışlar buna görə də ondan şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 17 mart 2025-ci il tarixli, 196 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- boyunun sağ yan səthinin və döş qəfəsinin arxa səthinin qançırları KÜT əşyaların təsirindən törənmişdir, törənmə müddəti 16 mart 2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan X4, tərəfindən verilmiş ərizədə o, Şəxs qarşı şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Şəxs ilə zərərçəkmiş şəxs X4 barışmışlar. Zərərçəkmiş şəxs hazırda Şəxs heç bir şikayəti və tələbləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başılanılmış inzibati xəta haqqında iş üzrə icraata, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-401/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-401/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver