Məhkəmə qərarları › İş №3(076)-405/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-405/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-405/2023 03.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir rayonu YPX baş inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə olunmuş, Şəmkir şəhəri, N.Nərimanov küçəsi, ev-16 da qeydiyyatda olan və Şəmkir rayonu, Qaryağdı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə Şəmkir rayonu YPX baş inspektoru, polis baş leytenantı X7 tərəfindən İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs sürücülük vəsiqəsi olmadan 30-31 mart, xx.xx.2023cü il tarixlərdə VAZ 21213 Minik markalı 20BM160 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Şəmkir rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Şəmkir rayonu YPX baş inspektoru, polis baş leytenantı X7 bildirdi ki, Şəxs 30-31 mart, xx.xx.2023-cü il tarixlərdə sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21213 Minik markalı 20BM160 dövlət qeydiyyat nişanlı avtomobil ilə dəfələrlə yol hərəkəti qaydalarına zidd olaraq manevir qaydalarını pozaraq və əks istiqamətli hərəkət zolağına çıxmaqla, ani olaraq əyləcdən istifadə etməklə, avtomobilin konsturiksiyasında dəyişikliklər etməklə, qadağan olunmuş səs siqnalını avtomobilə quraşdırmaqla və istifadə etməklə, mövcud olmayan qeydiyyat nömrəsini avtomobilin üzərinə vurmaqla, polisin saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edərək həmin yerdən yüksək sürətlə uzaqlaşmış və onun saxlanılması mümkün olmamışdır. O bu pozuntuları dəfələrlə Şəmkir rayonu ərazisində etmişdir və bununla bağlı video görüntülər qeydə alınmışdır. Bununla o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs polis tərəfindən bölməyə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı 2021-ci ildə törətdiyi üçün 500 manat cərimə olunmuşdur. Onun avtomobil sürmək üçün etibarnaməsi və sürücülük hüququ yoxdur, VAZ 21213 Minik markalı 20BM160 dövlət qeydiyyat nişanlı avtomobil anasının adınadır. Avtomobilin arxasını endirmiş və müəyyən konstruksiya pozuntuları etmişdir. Həmçinin maşına səs-gücləndirici siqnal olan “fi-ha” və mövcud olmayan qeydiyyat nömrəsini quraşdırmışdır. O, 30-31 mart, xx.xx.2023-cü il tarixlərdə sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21213 Minik markalı 20BM160 dövlət qeydiyyat nişanlı avtomobil ilə dəfələrlə yol hərəkəti qaydalarına zidd olaraq manevir qaydalarını pozaraq və əks istiqamətli hərəkət zolağına çıxmaqla, ani olaraq əyləcdən istifadə etməklə, avtomobilin konsturiksiyasında dəyişikliklər edərək, qadağan olunmuş səs siqnalını avtomobilə quraşdırmaqla və istifadə etməklə, polisin saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. O, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilir. Hazırda etdiyi əmələ görə peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəxs 30-31 mart, xx.xx.2023-cü il tarixlərdə sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21213 Minik markalı 20BM160 dövlət qeydiyyat nişanlı avtomobil ilə dəfələrlə yol hərəkəti qaydalarına zidd olaraq manevir qaydalarını pozaraq və əks istiqamətli hərəkət zolağına çıxmaqla, ani olaraq əyləcdən istifadə etməklə, avtomobilin konsturiksiyasında dəyişikliklər etməklə, qadağan olunmuş səs siqnalını avtomobilə quraşdırmaqla və istifadə etməklə, mövcud olmayan qeydiyyat nömrəsini avtomobilin üzərinə vurmaqla, polisin saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edərək həmin yerdən yüksək sürətlə uzaqlaşmış və onun saxlanılması mümkün olmamışdır. O bu pozuntuları dəfələrlə Şəmkir rayonu ərazisində etmişdir və bununla bağlı video görüntülər qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Sadıqovla eyni məzmunlu ifadə verərək həmin dəlilləri təsdiq etmişdir Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə tövsif edilmiş və onun həmin inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Şəxs 30-31 mart, xx.xx.2023cü il tarixlərdə Şəmkir rayonu ərazisində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21213 Minik markalı 20BM160 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozaraq nümayişkaranə və qərəzli şəkildə yol hərəkətinin digər iştirakçılarının dincliyini pozmuş, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmişdir. Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, şahid ifadələri, inzibati işin materialları və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə əməlini səmimi etiraf edərək peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və İnzibati həbsə alınmanın əvvəli qərarın qəbul edildiyi saatdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərаrın icrаsı Şəmkir rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar