Məhkəmə qərarları › İş №3(076)-408/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-408/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-408/2023 03.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin X8 sahə rəisi polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1982-cı ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəmkir rayon X9 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 09 aprel 2022-ci il tarixdə saat 18 radələrində Şəmkir rayonu Zəyəm qəsəbə sakini X3 ilə arasında qəsəbə ərazisində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı ağac parçası ilə X2 vuraraq ona sağ gözaltı nahiyyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir RPŞ-nin X8 sahə rəisi polis kapitanı X7 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin X8 sahə rəisi polis kapitanı X7 izahatında bildirdi ki, Şəxs 09 aprel 2022-ci il tarixdə saat 18 radələrində Şəmkir rayonu Zəyəm qəsəbə sakini X3 ilə arasında qəsəbə ərazisində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı ağac parçası ilə X2 vuraraq ona sağ gözaltı nahiyyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ona istinad olunmuş inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Fizuli İsayevi, qardaşları Fərman və Firdovsini uzun müddətdir ki, qəsəbə sakini kimi tanımışdır. Əvvəllər bir dəfə Fizuli ilə dalaşmış, həmin vaxtdan o, Fizuli ilə danışmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evə piyada getdiyi zaman yolun kənarında iki nəfər az yaşlı uşağın onun azyaşlı oğlu Fəqanı döydüklərini görmüşdür. O, uşqların yanına gedərək onları aralaşdırmış və uşaqlardan birinin valideyni Firdovsiyə zəng edərək qardaşı Fulmanın oğlu ilə oğlunun onun oğlunu döydüklərini bildirmişdir. Bu zaman Firdovsi ona qəsəbədə yerləşən Ayazın çayxananın qarşısına gəlməyi və söhbət etməyi demişdir. O, Firdovsinin dediyi yerə getdiyində Firdovsinin çayxananın qarşısında olduğunu görmüşdür. Firdovsi ilə görüşərək oğlunu onun oğlunu döyməməsi barədə başa salmağı demişdir. Firdovsi isə cavabında “oğlum sənin oğlunu döyübsə yaxşı edib döyüb” deyə cavab vermişdir. O da Firdovsiyə “sənin uşağın yox ama sən özün qələt eliyirsən” demişdir. Həmin vaxtı onların arasında mübahisə yaranmışdır. Onların arasında mübahisə yarananda Firdovsinin qardaşı Fizulu araya girərək onların söhbətinə müdaxilə etməyə başlamışdır. O da Fizuliyə söhbətin ona aid olmadığını, eyni zamanda onunla danışmadığını bildirərək onlardan uzaq olmasını demişdir. Həmin vaxtı ətrafda adamların çoxalmasını, həmçinin səs küyə arvadı gəldiyindən o, evə getmişdir. Bir qədər evdə dayandıqdan sonra o, barışmaq üçün Firdovsinin yanına çayxananın qarşısına qayıtmışdır. O, Firdovsinin yanına çatdığında orada olan dostu Anar “barışın aranızda olan söz söhbət bitsin” demişdir. Anar onları barışdırmaq istəsədə Firdovsi özünə haqq qazandıraraq barışmaq istəməmişdir. O, Firdovsi ilə söhbət etdiyi zaman qardaşı Furman həmin yerə gəlmiş, ona “nə lotuluq edirsən, nə camaatı bura yığmısan” demişdir. Həmin vaxt Furman qəfildən onun sifətinə yümruqla zərbə vurmuşdur. Furman onu vurduğundan o da Furmanı vurmaq istədikdə ətrafda olan şəxslər araya girərək onları dalaşmağa qoymamışlar. O da yumruqla Firdovsinin sifətindən vurmuşdur. Yenə də ətrafda olan şəxslər ortaya girərək onları aralamışlar. Aralaşan vaxtı Firdovsi təpiklə onun dizindən vurmuşdur. Ərtafda olan şəxslər onları tutub saxladığı zaman Firdovsinin qardaşı Fizuli daşla onun kürəyindən dəfələrlə vurmuşdur. O, Firdovsigilin əlindən çıxıb kənara çəkildikdə Fizuli ona tərəf daş atmışdır. O, qolunu qabağa etdiyindən daş birinci qoluna, sonra isə başından dəymişdir. Həmin vaxtı o, çox əsəbləşdiyindən bir qədər aralıda olan odunların üzərindən ağac parçasını görürərək yenidən Firdosigil tərəfə getmişdir. Anar adlı tanışı qabağına çıxaraq onu tutmaq istədikdə o, Anan Firdovsiyə oxşatdığından əlində olan ağac parçasını Anarın başına vurmuşdur. Anar kənara çəkildikdə o, Fizuliyə tərəf gedərək Fizulinin başından ağacla vurmuşdur. Həmin anda ətrafda olan şəxslər onu tutaraq kənara çəkmişlər. Ona görə də o, Fizuliyə hansı formada xəsarət yetirdiyini bilməmişdir. Arvadı və oğlu Fariz həmin yerə gəldiyindən o, ailə üzvəri ilə birlikdə oradan çıxaraq yaşadığı evə getmişdir. Sonra xəsarəti ciddi olduğundan o, Şəmkir rayon xəstəxnasına gəlmişdir. Orada Fizulini gördüyündən yenidən mübahisə olacağından o, Tovuz rayon xəstəxanasına getmişdir. Törətmiş olduğu əməldən peşmandır, inzibati xəta üzrə zərərçəkmiş şəxs X3 ilə barışmışdır. Bu halların nəzərə alınmasını və barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, Şəxs Nurəddin oğlunu uzun müddətdir ki, tanıyır, əvvəllər aralarında heç bir problem olmamışdr. Fazil 2020-ci ildə böyük qardaşı Fizulini vurub xəsarət yetirdiyindən Fazillə həmin vaxtdan heç bir münasibəti olmamış və Fazillə danışmamışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində Zəyəm qəsəbəsində dəmiryol xəttinin yaxınlığında olan çayxanaların birində həmkəndliləri ilə oturaraq domino oynayırmış. Onun yanındakı stolda isə böyük qardaşı Fizuli oturaraq çay içirmiş. Həmin vaxtı ona tanımadığı mobil nömrədən zəng gəlmişdir. O, telefonu açdıqda zəng edən şəxsin Fazil olduğunu görmüşdür və Fazil onun 7 yaşlı oğlu Rəsulun 6 yaşlı oğlunu döydüyünü bildirmişdir. O, övladlarının uşaq olduqlarını, qələt etdiklərini bildirmişdir. Fazil telefonda ona söyüşlər söyərək harda olmasını soruşmuşdur. O, çayxanada olmasını bildirdikdə Fazil ona “çölə çıx gəlirəm” demişdir. O, çölə çıxdıqda Fazil həmin yerə gəlmiş və oğlunu döyməyi öz oğluna onun başa saldığını bildirmişdir. O isə Fazilə belə bir söhbətin olmadığını demişdir. Lakin Fazil onunla mübahisə etməyə başlamışdır. Həmin vaxtı Fazilin arvadı gəlib Fazili həmin yerdən aparıb getmişdir. Bir qədər sonra Fazil yenidən həmin yerə qayıdıb gəlmiş, həmin vaxtı Fazilin yanında 16-17 yaşlarında olan oğlu Farizlə həmin yerə gəlmiş və Fazil yenidən onunla mübahisə edərək onu təhqir etmişdir. Həmin anda da Fazil qəfildən onun sifət nahiyyəsindən yumruqla vurmuşdur. O, Fazili vurmaq istədikdə ətrafda olan şəxslər onu tutaraq çayxananın içərisinə salmışlar və onu çölə çıxmağa qoymamışlar. Həmin anda o, Fazilin kənara qaçdığını görmüş, lakin ətrafdakılar onu tutduğundan ətrafı tam görə bilmədiyindən Fazilin hara qaçmasını bilməmişdir. Təxminən bir dəqiqə sonra o, çayxanadan çıxdıqda Fazilin oradan getdiyini, qardaşı Fizulinin isə yerdə yıxılı olduğunu, kənar şəxslərin qardaşını yerdən qaldırdıqlarını, başının isə yarılmış vəziyyətdə olmasını, eyni zamanda digər qardaşı Furmanında orada olduğunu görmüşdür. O, artıq orada daha heç nəyə fikir vermədən qardaşını xəstəxanaya aparıb getmişdir. Sonradan bilmişdir ki, Fazil ilə o, dalaşan zaman ətrafda olan şəxslər onu çayxananın içərisinə saldıqlarında Fazil oradan taxta parçası götürərək əvvəl Fazili tutub saxlamaq istəyən Anarın başına vurmuş, Anar özünü itirdikdən sonra qardaşı Fizulunin başından həmin taxta ilə vuraraq xəsarət yetirmişdir. Onunla Fazilin arasında dava yaranan kimi ətrafda olan şəxslər onu tutaraq çay evinin içərisinə saldığından orada kimin kimi vurmasını görməmişdir. Hazırda o, Şəxs ilə barışdığından, Şəxs qarşı hər hansı şikayət və tələbinin olmamasının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarının sürətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin İTB-yə göndərilməsi göstərilmişdir. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinə uyğun olduğundan baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və zərər çəkmiş şəxslə barışmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxsin zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar