Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-41/2025 28.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gədəbəy rayonu, Çalburun kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Təzəkənd kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Şəmkir rayonu, Seyfəli kəndi ərazisindən keçən 390-cı km-də idarə etdiyi “Mersedes-Benz” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili Qazax istiqamətində hərəkət etdirərkən avtomobil idarəetmədən çıxaraq yolun sağ kənarına aşmış, nəticədə avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs xəsarət almışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərdə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, 21 oktyabr 2024cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Mersedes-Benz” markalı ** EA *** nömrəli avtomaşınla Bakı-Qazax-Gürcüstan yolunun Şəmkir rayonu, Seyfəli kəndi ərazisindən keçəndə hava yağmurlu olduğundan avtomobil yolda olan su çuxuruna düşəndə idarəetmədədn çıxaraq yolun sağ kənarında olan dəmir səddə dəyib yolun orta hissəsinə aşaraq hərəkət istiqamətlərini ayıran beton arakəsməyə çırpılıb dayanmış, nəticədə yolnəqliyyat hadisəsi baş vermiş, hadisə səbəbindən avtomaşınında sərnişin olan ailə üzvləri, yəni nənəsi X1, anası X3 və yeznəsi Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışlar. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, 21 oktyabr 2024-cü il tarixdə saat 21:30 radələrində Şəxs idarə etdiyi “Mersedes-Benz” markalı ** EA *** nömrəli avtomaşınla Bakı-Qazax-Gürcüstan yolunun Şəmkir rayonu, Seyfəli kəndi ərazisindən keçəndə hava yağmurlu olduğundan avtomobil yolda olan su çuxuruna düşərək idarəetmədən çıxıb yolun sağ kənarında olan dəmir səddə dəyib yolun orta hissəsinə aşaraq hərəkət istiqamətlərini ayıran beton arakəsməyə çırpılıb dayanmış, hadisə zamanı yüngül bədən xəsarəti almışdır. Hazırda Şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə gəlməyən zərərçəkmiş şəxslərin, habelə Azərbaycan Respublikası Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatlrını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları, Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 1066 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin sağ yarısının, sağ qaşın bayır qurtaracağının, burun əsasının, sağ gözaltı nahiyyənin sıyrıqları və üst dodağın sağ yarasının selikli hissəsinin əzilmiş yarası küt əşyanın təsirindən törünmişdir, törənmə müddətləri xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 11 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddəyə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surət BDYPİ-nin YPXA-nın 9-cu taqımına göndərilmişdir. İşdə olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. X1, X4 Baş X7 İdarəsinə ərizə ilə müraciət edərək Şəxs ilə barışmalarını, hər hansı bir şikayətlərinin olmadığı bildirmişlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Həmçinin, məhkəmə Şəxs inzibati tənbeh tədbiri təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq едилмяsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-in maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-41/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-41/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver