Məhkəmə qərarları › İş №3(076)-410/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-410/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-410/2023 04.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 oğlunun, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 04 aprel 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Əliyev X5 Rayon Мəhkəməsinin 2(076)- 1382/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 2950 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Мəhkəməsinin 2(076)-1382/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(076)-1991/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı X2 verilməsi göndərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina edərək yığılmış 2950 manat aliment borcunu tələbkara ödəməmişdir. Оna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, o, aliment borcunun olduğundan məlumatlıdır, sonuncu dəfə 2023-cü ilin fevral ayında qismən ödəniş etdi, ona görə məhkəmə işə xitam verdi, iki uşaqdan biri bir aydır onun himayəsindədir, bu barədə məhkəmənin qərarı olmasa da iş qəyyumluqdadır, ona görə də keçən ay alimenti o uşağa münasibətdə ödəməmişdir, 25 manat da 2950 manatdan vermişdir. Hesab edir ki, 1 uşağa aliment verməlidir və yığılan aliment borcunu (2950 manat) isə pandemiya ilə bağlı olaraq verə bilmədiyini bildirir. Göstərilənlərə, həmçinin barəsində fevral ayında iş üzrə icraata xitam verilməsinin nəzərə alınaraq indi də xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X3 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Мəhkəməsinin 2(076)-1382/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Şəxs yığılmış aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. 4 ay vermir 5-ci ayı verir, sonra yenə 5 ay vermir, ancaq 6-cı ayı verir və verdiklərinə görə də məsuliyyəti olmamasına arxayın olur. Hazırda borclu Şəxs 2950 manat aliment borcu yığılmışdır və borcludan Şəxs aliment borcunu tələb edir. Uşağın birini 1 aydır ki, yanına aparıb, alimentdən azad olunma barədə heç bir məhkəmə qətnaməsi yoxdur. Şəxs şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün, zərərçəkmiş şəxsin (tələbkarın) və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir rayon Мəhkəməsinin 2(076)- 1382/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2(076)-1991/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2(076)-1991/2018 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədinin icrasına səhlənkar yanaşılmış və yığılmış 2950 manat aliment borcun ödəməmişdir. İş materialları və özünün izahatından da məlum olur ki, məhkəmə qətnaməsi olmadan uşağın birinə alimneti verməkdən qərəzli boyun qaçırır və etdiyi ödənişlər onun ödəmə qabiliyyətinin olmasını göstərir, həmçinin mütəmadi olaraq ödəməkdən yayınmaqla, yalnız qismi ödənişlər etməklə qərəzli olması sübuta yetirilir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnamələrini qəsdən icra etməkdən boyun qaçırmasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsə alınmasının əvvəli 04 aprel 2023-cü il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar