Məhkəmə qərarları › İş №3(076)-418/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-418/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-418/2025 02.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26799800 inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə avtomobilimin texniki baxış vaxtının bitməsini güman edərək, Azərbaycan Respublikası DİN Baş X9i idarəsinin Şəmkir Rayon Polis X6 Polisi Bölməsinə yaxınlaşmışdır. Həmin vaxt ona məlum oldu ki, ona aidiyyatı olmayan avtomobilin cəriməsi onun adına və avtomobilinin qeydiyyat nişanı olan nömrəsinə yönəldilmişdir. Halbuki ki, **- VP-*** dövlət nömrə qeydiyyat nişanlı CHEVROLET markalı avtomobilin inzibati xəta haqqmda törətdiyi pozuntunun qərarı ona göndərilmişdir. Belə ki, etibarnamə əsasında idarə etdiyi X8 112 CDİ minik markalı, **-VP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin nömrəsi 698, digər avtomobilin nömrəsi 688-ə az olsa uyğunluq təşkil etdiyindən onun adına qərar tərtib etmişlər. Əsilində Azərbaycan Respublikası DİN Baş X9i idarəsinin xx.xx.2025-ci il tarixdə qəbul etdiyi qərardan olan foto şəkildən aydın olur ki, həqiqətən də onun avtomobili mersedes, digər avtomobil isə chevroletdir. Qeyd etdiyi hallan nəzərə almayan Azərbaycan Respublikası DİN Baş X9i idarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenatı Elvin Abduləlizadə tərəfindən imzalanmış qərar qüvvəsini itirmiş hesab edilir, buna görədə X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli EQ 26799800 nömrəli inzibati xəta haqqmda iş üzrə qərarından, şikayət vermə müddətinin üzrlü hesab edərək, bərpa edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İnzibati qərardan şikayət vermiş X2 və qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: BDYPB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26799800 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025-ci il tarixdə, saat 10:50-də Şəmkir rayonu, Şiştəpə kəndində idarə etdiyi “CHEVROLET CRUZE ” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə); İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır (124.2-ci maddə); Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir (124.3-cü maddə). xx.xx.2025-ci il tarixli, EQ 26799800 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ** VP *** saylı avtomobilin sahibi inzibati xəta törətdiyindən inzibati qaydada cərimə edilmişdir. Lakin qərar əlavə edilmiş fotoşəkildən görünür ki, fotoşəkildə chevrolet markalı ** VP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin xəta törətməsi qeydə alınmışdır. Məhkəmədə müəyyən edilir ki, DİN BDYPB tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X9i idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26799800 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X9i idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26799800 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar