Məhkəmə qərarları › İş №3(076)-42/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-42/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-42/2025 30.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2002-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, оrtа təhsilli, subay, işsiz, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 01 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “VAZ-21074” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 392-ci kilometrliyində geriyə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq «Chevrolet Aveo» markalı ** FB *** dövlət qeydiyyat nişanlı Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla toqquşmuş nəticədə sonuncu yüngül xəsarət almışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibai xətanı törətmişdir. Şəxs əməli onun izahatı və İş materiallarında olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, özünə məxsus VAZ- 21074 makalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan "BC" dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən "Şəmkir Səbəti" adlanan bazarda olarkən yaşadığı kənddə getmək üçün qeyd edilən avtomobilin sükanı arxasına keçərək idarə edib Bakı- Qazax yoluna çıxaraq Qazax istiqamətində hərəkətə başlamış və yolun sağdan birinci zolağı ilə hərəkətdə olarkən yolun kənarındakı avtodayancağı keçdiyindən geri qayıtmaq məqsədi ilə avtomobili saxlayıb geriyə doğru hərəkət etdirməyə başlamış, 15-20 km/saat sürətlə avtomobili təxminən 10-15 metr geriyə doğru hərəkət etdirən zaman arxadan gələn,yəni üzü Qazax istiqamətində hərəkətdə olan ağ rəngli Chevrolet Aveo markalı avtomobil ön hissəsi ilə idarə etdiyi avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Nəticədə «Chevrolet Aveo» markalı ** FB *** dövlət qeydiyyat nişanlı Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Hazırda baş vermiş hadisəyə görə peşmandır. Odur ki məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs və protokol tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatı, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan 01 dekabr 2024-cü il tarixli, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, inzibati xətanın izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, inzibati xətanın törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və hadisə yeri protokolda ətraflı təsvir edilməklə protokolda müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan müstəntiq tərəfindən tərtib edilmiş sxemdən görünür ki, Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun 392-ci kilometrliyində baş verən hadisə zamanı nəqliyyat vasitələrinin hərəkət istiqaməti, toqquşma yeri, nəqliyyat vasitəsinin beton səddə dəydiyi yer sxemdə aydın şəkildə əks olunmuşdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 573 saylı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli 574 saylı aktların surətindən görünür ki, “VAZ-21074” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs və «Chevrolet Aveo» markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1256 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol mil-bilək oynağının bayır və sağ diz oynağının ön səthinin kimyəvi yanıqları yol-nəqliyyat hadisəsi nəticəsində şarların açılması zamanı əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 01 dekabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsrətlər aşkar edilmişdir. İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması və onun 01 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “VAZ- 21074” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 392-ci kilometrliyində geriyə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq «Chevrolet Aveo» markalı ** FB *** dövlət qeydiyyat nişanlı Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla toqquşub nəticədə sonuncuya yüngül xəsarət yetirməklə inzibati xəta hadisəsi törətməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar