Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-421/2023 14.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1990-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir ona görə ki, о, Şəmkir rayon Məhkəməsinin 2(076)-706/2022 saylı, 04 may 2022-ci il tarixli icra sənədinin icrasını həyata keçirən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-706/2022 saylı, 04 may 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1 ədəd 585 əyarlı, çəkisi 62 qram, dəyəri 4030 manat olan qızıl boyunbağı, 1 ədəd 585 əyarlı, çəkisi 15 qram, dəyəri 1100 manat olan qara qaşlı qızıl kişi üzüyü, 1 ədəd 585 əyarlı, çəkisi 9 qram, dəyəri 2700 manat olan brilyant qaşlı qızıl kişi üzüyü, 1 ədəd 583 əyarlı, çəkisi 6.3 qram, dəyəri 550 manat olan qaşsız, naxışlı qızıl üzük və 2 ədəd Odessa istehsalı, enli, çəkisi 20 qram, dəyəri 1300 manat olan qızıl üzüklərdən ibarət qızıl əşyalarının, həmin əşyalar mövcud olmadıqda isə onların dəyərinin, həmçinin 116.80 (bir yüz on altı manat səksən qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi göstərilmişdir. Qеyd olunan icra sənədi icraya yönəldilmiş və icra sənədi icraata qəbul edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs verdiyi izahatında göstərmişdir ki, o, icra sənədi üzrə borcunu ödəməkdən imtina etməmiş, lakin maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. O, hazırda icra sənədi üzrə borcdan ödəniş edə bilməmiş, lakin may ayından başlayaraq hər ay hissə-hissə ödəməyə söz verərək öhdəsinə götürür. Odur ki, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X3 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda borcdan heç bir ödəniş etməmiş, lakin may ayından başalayaraq hər ay ona hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüş, o isə borcun hissə-hissə ödənilməsi ilə razılaşmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, izahatlarla və iş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu tələbkara may ayından başlayaraq hissə-hissə ödəməsini öhdəsinə götürmüş, zərərçəkmiş şəxs (tələbkar) X3 isə bununla razılaşaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasынын İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasынын İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-421/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-421/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver