Məhkəmə qərarları › İş №3(076)-427/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-427/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-427/2025 13.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Şəmkir rayonu Dəllər Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 30 mart 2025-ci il tarixdə saat 10:30 radələrində Zərərçəkmiş şəxs1 AE111049 seriya nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Chevrolet Niva” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə Şəmkir şəhəri, Həzi Aslanov küçəsində hərəkətdə olan zaman Şəmkir şəhəri, Mircəlal Paşayev küçəsi ilə olan kəsişmədək 2.4 saylı “Yol ver” üstünlük nişanının təəblərini yerinə yetirməyərək yolayrıcını keçmə qaydalarını pozaraq qarşısına çıxan sürücü Şəxs BD322210 seriya nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “Chevrolet Cruze” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “Chevrolet Niva” markalı avtomobildə sərnişin olan xx.xx.1996-cı il təvəllüdlü, Göygöl rayonu Balçılı kəndində yaşayan Zərərçəkmiş şəxs2 bədənin küt travması, xx.xx.2019-cu il təvəllüdlü, Göygöl rayonu Balçılı kəndində yaşayan X4 alm nahiyəsinin çapılmış yarası, xx.xx.2023-cü il təvəllüdlü, Göygöl rayonu Balçılı kəndində yaşayan X1 isə sağ gözaltının sıyrığı xəsarətləri almışlar. Bu hərəkətləri ilə, Şəxs 2.4 saylı “Yol ver” üstünlük nişanının təəblərini yerinə yetirməyərək yolayrıcını keçmə qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül xəsarət dəymişdir. Aparılmış araşdırma nəticəsində Şəxs qıznın törətdiyi əməldə cinayət tərkibi olmadığından Şəmkir Rayon Polis ŞöbəsininTəhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 20 aprel 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməli onun izahatı və İş materiallarında olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, ünvan 2 ünvanında övladları ilə birlikdə yaşayır, ünvan 3yyat müəllimi olaraq işləyir. Mahiyyət üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-in BDYPİ-nin Tovuz RQİTBŞ-dən əldə etdiyi, xx.xx.2035-ci il tarixədək qüvvədə olan B1,B kateqoriyalı, BD322210 seriya nömrəli sürücülük vəsiqəsi əsasında xx.xx.2025-ci il tarixli, BD 670562 seriya nömrəli şəhadətnamə əsasında özünə məxsus “Chevrolet markalı”, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 30 mart 2025-ci il tarixdə saat 10:30 radələrində o özünə məxsus avtomobil ilə Şəmkir şəhəri, M.Paşayev küçəsi ilə hərəkət edib Şəmkir şəhəri, H.Aslanov küçəsi ilə olan kəsişmədəki yolayrıcına çatıb dayanmış, sağ istiqamətdə baxmış və bir ağ maşın görmüş, həmin avtomobili gözləmiş, lakin həmin avtomobil də sağa tərəf çəkib dayanmış, bundan sonra hərəkətə başlayıb yolayrıcına daxil olmuş, həmin vaxt anidən olaraq sağdan gələn qara rəngli “Chevrolet Niva” markalı avtomobil ilə toqquşmuş, belə ki, həmin avtomobilin ön hissəsi onun avtomobilinin ön sağ qanadına dəymiş, onun avtomobili sola doğru sürüşərək yolda dayanmış, həmin avtomobil isə yolun sağında olan səkiyə çıxıb orada olan ağaca çırpılmış, hadisədən sonra avtomobildən düşmüşdür, digər avtomobildə olan uşaq xəsarət almış və həmin uşaqlar xəstəxanaya göndərilmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə onun iştirakı ilə baxış keçirmiş, protokol və sxem tərtib etmiş, fotoşəkillər çəkmiş, o isə həmin protokolu və sxemi öz imzası ilə təsdiq etmişdir. Həmçinin o sərxoşluq müayinəsindən keçirilmiş və hadisə zamanı ayıq vəziyyətdə olmağı müəyyən edilmişdir.Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, 30 mart 2025-ci il tarixdə 10:30 radələrində o özünə məxsus avtomobil ilə Şəmkir şəhəri, M.Paşayev küçəsi ilə hərəkət edib Şəmkir şəhəri. H.Aslanov küçəsi ilə olan kəsişmədəki yolayrıcına çatıb dayanmış, sağ istiqamətdə baxmış və bir ağ maşın görmüş, həmin avtomobili gözləmiş, lakin həmin avtomobil də sağa tərəf çəkit dayanmış, bundan sonra hərəkətə başlayıb yolayrıcına daxil olub sola doğru dönməl istəyəndə soldan gələn avtomobil ilə toqquşmuşdur. Hadisənin günahını özündə görür, dahi diqqətli olub soldan gələn avtomobilləri tam olaraq buraxmalı idi. O yolayrıcına daxil olaı zaman sürəti təxminən 5-10 km/saat olmuşdur. O soldan gələn avtomobili ümumiyyəti; görməmiş, bunun üçün də hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Hadisə zamanı avtomobilində sərnişin olmamışdır. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə baş verdikdən dərhal sonra o digər avtomobildə xəsarət alan sərnişinlərin xəstəxanaya göndərilməsinə kömək etmiş, daha sonra isə hadisə yerində olub polis əməkdaşlarının hadisə yerinə' gəlməsini gözləmişdir. O, ümumiyyətlə spirtli içki və narkotik vasitə qəbul etmir. Hadisədən dərhal sonra sərxoşluq müayinəsindən keçirilmiş və ayıq olmağı məlum olmuşdur. Hadisə zamanı onun üçün təhlükə toqquşma anında yaranmış, əvvəlcədən avtomobili görmədiyindən təhlükə həmin anda yaranmışdır. Odur ki məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs1 Mahəddin oğluna, X3, Zərərçəkmiş şəxs2 və protokol tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatı, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan 30 mart 2025-ci il tarixli, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, inzibati xətanın izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, inzibati xətanın törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və hadisə yeri protokolda ətraflı təsvir edilməklə protokolda müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 640 saylı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli 641 saylı aktların surətindən görünür ki, “Chevrolet Cruze” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs və «Chevrolet Niva» markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs1 Mahəddin oğlu hadisə zamanı sərxoş vəziyyətdə olmamışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 234 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Mahəddin oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər- sol çiyin üstü nahiyənin qançırı, sol dirsək oynağının arxa səthinin sıyrığı, sağ ayağın topuq nahiyəsinin yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 30 mart 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 235 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin əzilmiş yarası və hər iki diz oynağının ön səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 30 mart 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 237 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- sol bazu və hər iki diz oynağının ön səthinin qançırları, hər iki baldırın orta üçdə birinin ön səthinin yumşaq toxumalarının şişkinlik qançır və ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 30 mart 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan 20 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması və o, Şəmkir şəhəri, Həzi Aslanov küçəsində hərəkətdə olan zaman Şəmkir şəhəri, Mircəlal Paşayev küçəsi ilə olan kəsişmədəki 2.4 saylı “Yol Ver” üstünlük nişanının tələblərini yerinə yetirməyərək yolayrıcını keçmə qaydalarını pozması olmuş, bunun nəticəsində zərərçəkən şəxslərə Yüngül dərəcəli bədən xəsarətləri yetirməklə inzibati xəta hadisəsi törətməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar