Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-434/2025 30.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Göygöl rayonu,Topalhəsənli kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,evli,Şəmkir rayonu,Yuxarı Seyfəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:45 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərər çəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir RPŞ-yə müraciət edərək Zərərçəkmiş şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qonşusudur. Onların normal münasibəti olub. 05 mart 2025-ci il tarixdə Şəmkir rayonunda olan zaman anası Almas onun mobil telefonuna zəng edib İlahi ilə qaynı Əli ona zəng edib guya onun Ruslanla münasibəti olmasını, Ruslanın evində olmasını demişdir. O, anası Almasa Şəmkir şəhərində olmasını, dediklərinin yalan olmasını demişdir. Bir müddət sonra anası Almasla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb Almasa İlahinin evinə getməsini demişdir. Saat 17:45 radələrində o, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində İlahinin həyətinə daxil olmuşdur. İlahini görən kimi ona sən mənim Ruslanla münasibətimin olmasını deyirsən, sübut edə bilərsənmi dedikdə İlahi ona sübut edərəm sən əxlaqsız qadınsan demişdir. Bu səbəbdən onların rasında mübahisə baş vermişdir. Mübahisə zamanı o, həyətdə olan ağaç parçasını götürüb bir dəfə İlahinin başına vurmuşdur. Nəticədə İlahı başından xəsarət almışdır. Həmin vaxt anası Almas araya girən zaman İlahi həyətdə olan dırmıqı götürüb onun başına vurmaq istəmişdir. O, dırmığı əli ilə tutan zaman dırmıq onun sifətinə dəymişdir. Onları anası Almasla bacısı Afət sakitləşdirib aralamışdır. X4 dava etdiyi üçün irad bildirib evə yola salmışdır. Sonra o, bu barədə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onların normal münasibətləri yoxdur. Nəhayət onun qaynı X3 ilə qeyri rəsmi münasibətdədir. Nəhayət daima Ruslanla onun birgə yaşadığı evə gəlir. O isə bundan narazı olur. 05 mart 2025-ci il tarixdə Nəhayətin anası Almasla bacısı Afət onun yaşadığı evə gəlib Ruslanın harda olmasını soruşmuşlar. O, Ruslanın harda olmasını bilmədiyini, işə getməsni demişdir. Almasla Afət evi tərk edən zaman o, Nəhayətin anası Almasa qızı Nəhayətin Ruslanla münasibətinin olmasını, tez-tez evə gəlməsini demişdir. Almasda ona məlumatının olmasını deyib getmişdir. Bir müddət sonra Almasla Afət yenidən evə gəlib Ruslanı gözləmişlər, lakin Ruslan evə gəlməmişdir. Saat 17:45 radələrində onlar həyətdə olan zaman Nəhayət həyətə daxil olub ona niyə mənim arxamca artıq sözlər danışırsan demişdir. O, Nəhayətə olanı deyirəm, sənin Ruslanla münasibətin var dedikdə onların aralarından münahisə baş vermişdir. Mübahisə zamanı Nəhayət həyətdə olan ağaç parçasını götürüb bir dəfə onun başına vurmuşdurş. Nəticədə o, başından, sifətindən xəsarət almışdır. Nəhayəti anası Almasla bacısı Afət sakitləşdirib aralamışdır. O, bu barədə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Sonra təcili yardıma zəng edib məlumat vermişdir. Onu təcili yardım həkimləri Şəmkir rayon mərkəzi xəstəxanasına gətirmişlər. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Həmçinin, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, Şəxs yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslə barışmamasını, həmçinin, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə,, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-434/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-434/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver