Məhkəmə qərarları › İş №3(076)-435/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-435/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-435/2024 08.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İXP ******* saylı və xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, icraatda olan 3(076)-434/2024 saylı, 3(076)-435/2024 saylı, 3(076)- 436/2024 saylı və 3(076)-438/2024 saylı inzibati işlər birləşdirilməli, işə 3(076)-438/2024 nömrə ilə vahid nömrə verilməli, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində 3(076)-434/2024 saylı, 3(076)-435/2024 saylı, 3(076)-436/2024 saylı və 3(076)-438/2024 saylı inzibati işlər 3(076)-438/2024 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar