Məhkəmə qərarları › İş №3(076)-440/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-440/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-440/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra X3 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəmkir rayonu Zəyəm qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ- 20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə üzrə yaranmış borcu ödəməyərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati tənbeh almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs, RK/54507/79/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 158.67 manat tutulması qeyd edilmiş, 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs ******* saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8828.52 manat tutulması, həmçinin, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 195.20 manat əsas, 31.84 manat faiz, 27.05 manat cərimə borcu olmaqla cəmi 254.09 manat məbləğində borcun, 0.40 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASCyə ödənilməsi qət edilmiş, 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X1 müştərək qaydada 8000 manat məbləğində pul alınıb iddiaçı X4 verilməsi qət edilmiş, həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin, 2(104)- 2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs, 8500 manat məbləğində pulun alınıb iddiaçı X4 verilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1480/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Borcunu ödəmədiyi üçün ona, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmiş və qərar qanuni qüvvəyə minmiş, lakin borclu məhkəmənin eyni icra sənədi üzrə tələbləri yerinə yetirməkdən təkrar boyun qaçırmışdır. Bununla belə borclu icra şöbəsinə gəlməkdən də boyun qaçırmış və barəsində axtarış elan olunmuşdur. Hazırda Şəxs 25516.28 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət etmir. Ona görə də, hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ondan, RK/54507/79/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 158.67 manat tutulması qeyd edilmiş, 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, ondan ******* saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8828.52 manat tutulması, həmçinin, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, ondan 195.20 manat əsas, 31.84 manat faiz, 27.05 manat cərimə borcu olmaqla cəmi 254.09 manat məbləğində borcun, 0.40 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmiş, 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər ondan və X1 müştərək qaydada 8000 manat məbləğində pul alınıb iddiaçı X4 verilməsi qət edilmiş, həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin, 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs, 8500 manat məbləğində pulun alınıb iddiaçı X4 verilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1480/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir, ona görə də hazırkı vaxtda borcundan ödəniş edə bilməmişdir. Bundan başqa, ona Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmiş və qərar qanuni qüvvəyə minmiş və o, inzibati tənbeh üzrə cəzasını çəkmişdir. Borcundan müəyyən ödənişlər etmişdir, hər ay mümkün qədər ödəməyə çalışır, icra sənədinin tələblərini yerinə yetirməmək fikri yoxdur. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə, tələbkar tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs, RK/54507/79/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 158.67 manat tutulması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs ******* saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8828.52 manat tutulması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 195.20 manat əsas, 31.84 manat faiz, 27.05 manat cərimə borcu olmaqla cəmi 254.09 manat məbləğində borcun, 0.40 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASCyə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X1 müştərək qaydada 8000 manat məbləğində pul alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin, 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs, 8500 manat məbləğində pulun alınıb iddiaçı X4 verilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1480/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbləri könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində icra sənədi üzrə axtarış elan edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından çıxarışın surətindən görünür ki, Şəxs, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisinin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ- 20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 25516.28 manat borcunu ödəməmişdir. Bununla belə, borclu icra sənədi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati tənbeh almışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar