Məhkəmə qərarları › İş №3(076)-443/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-443/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-443/2025 19.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə Şikayətçi; X3 Şəmkir RPŞİ–nin DYPŞ-nin nümayəndəsi: X2 iştirakları ilə Şəmkir RPŞİ–nin DYPŞ-nin vəzifəli şəxsinin fiziki şəxs X3 barəsində olan xx.xx.2025–ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Fiziki şəxs X1 RPŞİ–nin DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞİ–nin DYPŞ-nin vəzifəli şəxsinin, xx.xx.2025–ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(076)-178/2025 saylı qərarı ilə, X3 barəsində Şəmkir RPŞİ–nin DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün yenidən həmin quruma göndərilmişdir. Həmçinin, Şəmkir RPŞİ–nin DYPŞ-nin vəzifəli şəxsi işi yenidən araşdırmış bu barədə, xx.xx.2025–ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda, barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞİ–nin DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayəti edərək və şikayətini əsaslandıraraq göstərir ki, xx.xx.2025-ci il tarixdə barəsində guya AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı İXP ******* saylı protokol tərtib edilmişdir. X9 Rayon Məhkəməsinin 3(076)- 178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilərək təkrar baxılması üçün Şəmkir rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə göndərilmişdir. Şəmkir rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində işimə təkrar baxılaraq, heç bir sübut olmadan təkrar xx.xx.2025-ci il tarixdə barəmdə İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar çıxarılmışdır. Qeyd olunan qərarla razı deyiləm, və bu səbəbdən də düşünürəm ki, həmin qərar ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, guya sərnişin daşıma ilə bağlı qanunvericiliyin tələbini pozmuşdur, guya azyaşlı uşağı qucağımda tutaraq maşını idarə etmişdir. Halbuki, uşağın anası maşından düşdüyünə görə körpə uşaq ağladığından onun guya uşaq qucağında maşını sürdüyü iddia etmişdilər. Halbuki, bir daha təkrar edir – o, maşını yolun kənarında saxlamışdır. Bu məsələni araşdırmaq çox asandır YPX avtomobilində kameralar olur, görüntüləri təqdim etsələr orda hər şey açıq-aşkar sübut olunacaqdır. Məhkəmə iclasında şikayətçi X5 ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq səlahiyyətli orqanın işi yenidən araşdıraraq onun barəsində eyni maddə ilə təkrar inzibati tənbeh tətbiq etməsini əsassız hesab edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəmkir RPŞİ–nin DYPŞ-nin nümayəndəsi X4 şikayətçinin təqsirli olması üçün kifayət qədər sübut olduğundan onun barəsində yenidən inzibati tənbeh qərarının qəbul edildiyini bildirərək ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(076)-178/2025 saylı qərarından görünür ki, Şəmkir RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 17:18-də Şəmkir şəhəri, Daş Karxana yolunda idarə etdiyi "Mercedes Benz GL 450 minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X3 barəsində Şəmkir RPŞİ–nin DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün yenidən həmin quruma göndərilmişdir. İş materiallarında olan Şəmkir RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025– ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025- ci il tarixdə, saat 17:18-də Şəmkir şəhəri, Daş Karxana yolunda idarə etdiyi "Mercedes Benz GL 450" minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş DVD diskdəki foto görünütülərdən görünür ki, X5, sükan arxasında olarkən özü ilə birlikdə azyaşlı uşaq əyləşdirməklə avtomobildə sərnişin daşıma qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “X10” Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinin, 9-cu hissəsinin 2-ci bəndinə əsasən, 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, X1 RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 xx.xx.2025- ci il tarixdə, saat 17:18-də Şəmkir şəhəri, Daş Karxana yolunda idarə etdiyi "Mercedes Benz GL 450" minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, qərar qəbul edən orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan birini qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Şəmkir RPŞİ-nin DYPŞ-nin X3 barəsində olan inzibati xəta haqqında işə yenidən baxılaraq tənbeh tətbiq edilməsinə dair, xx.xx.2025–ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Şəmkir RPŞİ–nin DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Şəmkir RPŞİ–nin DYPŞ-nin, vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar