Məhkəmə qərarları › İş №3(076)-445/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-445/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-445/2023 19.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin barəsində Qərb Ərazi Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan "xxxx" (Vöen **********) MMC tərəfindən xx.xx.2020-ci il tarixli, AZE-D/10 nömrəli müqavilə əsasında xx.xx.2021-ci il tarixli **********7878 sorğu nömrəli gömrük bəyannəaməsi üzrə çəkisi 20000 kq dəyəıri 43000 ABŞ dolları olan, xx.xx.2022-ci il tarixli **********11263 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 20000 kq dəyəri 47000 ABŞ dolları olan və xx.xx.2022-ci il tarixli **********8685 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 20000 kq dəyəri 47000 ABŞ dolları olan “Tərkibində şəkər əlavəsi olmayan nar şirəsi konsentratı” yükü Qəbələ gömrük postunda rəsmiləşdirilərək İtaliya Respublikasına ixrac edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021 –ci il tarixli **********7878 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 42286.52 ABŞ dolları, xx.xx.2022-ci il tarixli **********1263 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 46884.16 ABŞ dolları və xx.xx.2022-ci il tarixli **********8685 sorğu nömrəli gömrük bəyannəməsi üzrə ixrac edilən yükün dəyərinin 46568.43 ABŞ dolları MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür. "xxxx" MMC tərəfindən 3 (üç) gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin qalıq məbləğlərinin cəmi olan 1260.89 (bir min iki yüz altmış dollar səksən doqquz sent) ABŞ dolları və yaxud 2143.51 (iki min bir yüz qırz qırx üç manat əlli bir qəpik) AZN olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabana geri köçürülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Qərb Ərazi Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC-nin tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "xxxx" MMC-nin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən 3 (üç) gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin qalıq məbləğlərinin cəmi olan 1260.89 (bir min iki yüz altmış dollar səksən doqquz sent) ABŞ dolları və yaxud 2143.51 (iki min bir yüz qırz qırx üç manat əlli bir qəpik) AZN olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabana geri köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" (Vöen **********) MMC İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. "xxxx" (Vöen **********) MMC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, "xxxx" (Vöen **********) MMC-yə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın Azərbaycan manatına olan dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48- 51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , qəraraaldı: Şəmkir rayonu Düyərli kəndində yerləşən "xxxx" (Vöen **********) Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 1260.89 (bir min iki yüz altmış dollar səksən doqquz sent) ABŞ dolları məbləğində xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi ilə 2143.51 (iki min bir yüz qırz qırx üç manat əlli bir qəpik) AZN manatın 30 (otuz) faizi miqdarında – 643.053 (altı yüz qırx üç manat əlli üç qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar