Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-446/2023 07.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Şəmkir RPŞin polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərəçəkmiş X1, onun qəyyumu X6 iştirakları ilə, xx.xx.1965-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəmkir şəhəri, C.Məmmədquluzadə küçəsi, ev-38 də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri, C.Məmmədquluzadə küçəsi, ev-38 də yaşayan X4 vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir RPŞ-in polis kapitanı X7 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-in polis kapitanı X7 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri, C.Məmmədquluzadə küçəsi, ev-38 də yaşayan X4 vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ona istinad olunmuş inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, törətmiş olduğu əməldən peşmandır, törətmiş olduğu inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X5 dəymiş ziyanı tamamilə ödəmişdir və zərər çəkmiş şəxs ilə barışmışdır. Bu halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X1 qəyyumu X6 məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xəta nəticəsində dəymiş ziyan tamamilə ödənilmişdir. Şəxs onlarla barışmasını, hazırda Şəxs qarşı hər hansı şikayət və tələbinin olmamasının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarının sürətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsi göstərilmişdir. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və qanuni nüçayəndəsinin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və vurulmuş ziyanı tamamilə ödəyərək zərər çəkmiş şəxslə barışmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-446/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-446/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver