Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-45/2023 19.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Şəxs MMC–nin Azərbaycan Respublikası İXM–nin 483–cü maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə Şəxs MMC–nin barəsində Azərbaycan Respublikası İXM–nin 483–cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2020–ci il tarixli və xx.xx.2020–ci il tarixli gömrük bəyənnamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 10 ABŞ dolları (17 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC–yə və Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Şəxs MMC–nin və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs MMC ona istinad olunan inzibati xətanı xx.xx.2020–ci il tarixdə və xx.xx.2020–ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası İXM–nin 38.1–ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydasları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri– hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri–hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2–ci maddəsinə əsasən bu Məcəllənin 38.1–ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2020–ci il tarixli və xx.xx.2020–ci il tarixli gömrük bəyənnamələri əsasında ixrac edilmiş malların müqabilində vəsaitlərin 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikasında idxal–ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2–ci maddəsində göstərilmişdir ki, əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021–ci il tarixli qərarında göstərilmişdir ki, xaeici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasında müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi Şəxs MMC–yə xx.xx.2022–ci il tarixli bildiriş göndərilməsini qeyd etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2020–ci il tarixdəli və xx.xx.2020–ci il tarixli gömrük bəyənnamələri əsasında mallar ixrac edilmiş, lakin həmin tarixdən sonra 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilməmişdir. Göründüyü kimi Şəxs MMC xx.xx.2020–ci il tarixli və xx.xx.2020–ci il tarixli gömrük bəyənnamələri əsasında malları ixrac etmiş, lakin həmin tarixdən sonra 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Bununla da xx.xx.2020–ci il tarixdən və xx.xx.2020–ci il tarixdən 180 gün müddət keçdikdən sonra inzibati xəta törədilmişdir. Qeyd olunan tarixdən isə bir ildən çox müddət keçmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–nin 38.5–ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi qanunvericilik hətta inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi halında belə inzibati xətanın törədildiyi vaxtdan bir il keçdikdən sonra onun inzibati məsuliyyətə cəlb olunmasını istisna etmişdir. Azərbaycan Respublikası İXM–nin 53.0.6–cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38–ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 19 dekabr 2022–ci il tarixli 01400–04908/22 saylı protokol üzrə Şəxs MMC–nin barəsində olan Azərbaycan Respublikası İXM–nin 483–cü maddəsi ilə başlanımış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC–nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, Azərbaycan Respublikası İXM–nin 38–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-45/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-45/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver