Məhkəmə qərarları › İş №3(076)-452/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-452/2024

27.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-452/2024 27.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Şəmkir şəhəri, Şıxəli Qurbanov küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon Polis şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon Polis şöbəsində tərtib olunmuş material baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Zərərçəkmiş şəxs vuraraq sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Beləliklə də, Rüstəmov X3 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, X2 izahatında göstərdi ki, Şəxs, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rüstəmov X3 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, hadisə baş verən vaxt içkili olmuşdur, ailəsi ilə boşanmışdır, həbsdən çıxandan sonra ata evində yaşayır, əsəbiləşərək Zərərçəkmiş şəxs əli ilə vurmuşdur, daha sonra polis əməkdaşları onu Şəmkir RPŞ-yə dəvət etmişlər. Zərərçəkmiş şəxs onun qardaşı oğludur, onu öz balası qədər istəyir, istəməzdi ki, aralarında belə bir şey baş versin. Ondan üzr istəyir və bir də belə bir şeyin baş verməməsinə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun əmisidir, xx.xx.2024-cü il tarixdə əmisi zəng edib onu çağırmışdır, birlikdə spirtli içki qəbul etmişlər, daha sonra Şəxs dava etməyə başlamışdır, Zərərçəkmiş şəxs təhqir edərək vurmuşdur. Bildirir ki, bir neçə dəfə aralarında oxşar hadisələr baş vermişdir. Əmisinin üzrünü qəbul edir, bir də belə şeyin olmamasına inanır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 376 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində ağırlıq dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər müəyyən edilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və sonunda 27 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Şəmkir RPŞ-in İTB-in sahə rəisinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, “Sərxoşluq hallarının bütün növlərinin təyini” məqsədi ilə aparılan tibbi müayinənin nəticəsinə dair 443 nömrəli protokoldan, Şəxs, Zərərçəkmiş şəxs döyən zaman sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXM-in 157-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlarla yanaşı, məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs, ərizə ilə məhkəməyə müraciət edərək əmisi Şəxs ilə barışdığını, Şəxs tərəfindən döyülməsi ilə əlaqədar heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs döyülməsi epizodu ilə bağlı, Şəxs təqsirli olması sübuta yetirilsə də, inzibati xətanı törətmiş şəxsin, zərər çəkmiş şəxslə barışması əsası ilə, AR İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində, MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli, inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar