Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-46/2025 27.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3– cü maddələri əsasında tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ/25557676 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in BDYPİ–nin xx.xx.2025–ci il tarixli EQ/25557676 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli EQ/25557676 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində EQ/25557676 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və həmin qərarı o, xx.xx.2025-ci il tarixdə polis şöbəsindən əldə etmişdir. Həmin qərara əsasən o, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında istifadəsində olan ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 328.1-ci maddəsi və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərar ilə razı deyildir. Hesab edir ki, qərar qəbul edilərkən tam araşdırılmamışdır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)-1025/2024 saylı qərarı ilə İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitəsinə idarə etmək hüququndan 07 ay müddətinə məhdudlaşdırılmışdır. Sonradan Şəmkir Rayon Məhkəməsinin 3(076)-1025/2024 saylı xx.xx.2024-cü tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)- 1025/2024 saylı qərarına xitam verilmişdir. Həmin qərar icra olunması üçün xx.xx.2024-cü il tarixdə AR DİN BDYP İdarəsinin Tovuz 10 saylı RQİB-nə göndərilmiş və xx.xx.2024-cü il tarixdə AR DİN BDYP İdarəsinin Tovuz 10 saylı RQİB-nə daxil olmuşdur. Lakin sözügedən məhkəmə qərarı üzrə onun nəqliyyat vasitəsini idarə etmək hüququ üzərində olan məhdudlaşdırılma götürülməmişdir. Ona görə də əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə baxmayaraq 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilmişdir. Bundan əlavə qeyd edir ki, sonuncu inzibati xəta törədilən zaman qeyd olunan ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində olmamışdır. Həmin vaxt avtomobili atası (mülkiyyət sahibi) X3 idarə edirdi. Pozuntunu qeydə alan xüsusi texniki vasitəninin qeydiyyat məlumatlarında avtomobilin kimin tərəfindən idarə edildiyi öz əksini tapmışdır. Sonuncu etibarnamə ilə onun istifadəsində olmuşdur. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, Şəmkir RPŞ–nin DYPB–nın tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/25557676 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası DİN–in BDYPİ–yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN–in BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, DİN BDYPİ–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, həmin Məcəllənin 328.1–ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN–in BDYPİ–nin xx.xx.2025–ci il inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)- 1025/2024 saylı qərardadından görünür ki, X2 nəqliyyat vasitələrini idarə etmək hüququnun 07 (yeddi) ay müddətinə məhdudlaşdırılmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)-1025/2024 saylı qərarına xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli reyestrinin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)-1025/2024 saylı qərardadı AR DİN BDYP İdarəsinin Tovuz 10 saylı RQİB-yə göndərilmişdir. İşdə olan AE 348607 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin sürücülük vəsiqəsi xx.xx.2030-cu il tarixədək etibarlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–348–ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Hazırki şikayət öyrənilərkən müəyyən olunmuşdur ki, şikayətə Azərbaycan Respublikası İXM–nin 328.1–ci maddəsinə münasibətdə baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyəti daxilində deyildir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 43.1–ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205‒1.2, 206–208, 211.1, 221, 227, 229, 232‒1, 251.3, 253‒1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351‒1, 353.5, 361, 363, 363‒1, 363‒2, 368‒379, 381‒383, 387‒388‒2, 393‒1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394‒1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1‒1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411‒1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440‒1, 441, 442, 443.1, 445‒1, 448, 449, 451, 456, 459.1, 459.2, 459‒1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517‒1, 517‒2, 520, 523, 525‒535, 537.1, 538‒1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592‒1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602‒1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609‒cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Hazırki şikayətdən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 328.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2025–ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmişdir. Yuxarında qeyd olunan qanun normasında isə Azərbaycan Respublikası İXM–nin 328.1–ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə rayon (şəhər) məhkəmələrinin səlahiyyəti daxilində baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İXM–nin 44–cü maddəsinə əsasən bu Məcəllənin 40, 41 və 43–cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxır. Həmin Məcəllənin 106.0.1–ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub–olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.7–ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olsa da, həmin maddə ilə olan inzibati xəta haqqında işlərə rayon (şəhər) məhkəmələrinin səlahiyyəti daxilində baxılması nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(076)-1025/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 07 (yeddi) ay müddətinə məhdudlaşdırılmış, bundan sonra Elnur Aslanlı cəriməni ödədiyinə görə xx.xx.2024-cü il tarixli qərardadla Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)-1025/2024 nömrəli qərarına xitam verilmiş və icra olunması üçün AR DİN BDYP İdarəsinin Tovuz 10 saylı RQİB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM–nin 332.3-cü maddəsinə əsasən bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir Qanunvericiliyin də tələbindən göründüyü kimi şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkibinin yaranması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində eyni inzibati xəta təkrar törədilməli və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi halı mövcud olmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, X5 inzibati xətanı törədərkən nəqliyyat vasitəsini idarə etmək hüququ mövcud olmuş və həmin hüquq məhdudlaşdırılmamışdır. Belə olan halda X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1–ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub– olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 332.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 328.1–ci maddələri ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli və X2 həmin Məcəllənin 328.1–ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələri ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025–ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1– ci maddəsinə münasibətdə inzibati xəta haqqında iş araşdırılaraq yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-46/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-46/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver