Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-463/2023 08.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Məmmədova Şəfəq Ənvər qızının сядрлийи, X1 катиблийи, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci илдя Gədəbəy rayonunda доьулмуş, Азярбайъан Республикасынын вятяндашы, орта тящсилли, ailəli, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs щхдгтгт Фяцкифнсфт Куызгидшлфыэ Штяшифеш Чцефдфк Ьцсцддцыштшт 333.1-сi маддяsиндя нязярдя тутулмуш инзибати хятаны тюрятмясиня даир инзибати хята щаггында ишя Шямкир Район Мящкямясинин бинасында, мящкямя иълас залында ачыг мящкямя иъласында бахараг, мцяййян етди: Шямкир Район Мящкямясиня Şəxs barəsində Азярбайъан Республикасынын ИХМ-нин 333.1-сi маддяsи иля инзибати хята щаггында протокол дахил олмушдур. İnzibati xəta haqqında protokola görə Şəxs 07 aprel 2023-cü il tarixdə saat 12:29 radələrində “MERCEDES BENZ 190” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə etməklə sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəmkir rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 12:29 radələrində xidməti vəzifəsini yerinə yetirən zaman “MERCEDES BENZ 190” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün dönmə işıq cihazından istifadə qaydalarını pozduğunu görmüş, buna görə avtomaşını saxlatmışdır. Avtomaşın saxlanıldıqdan sonra sürücüyə özünü təqdim edərək sənədləri tələb etmiş, bundan sonra sürücünün Şəxs olduğunu müəyyən etmişdir. Şəxs narkotik vasitədən istifadə etməklə sərxoş olduğundan şübhələnmiş, bu səbəbdən sonuncu həkim narkoloq tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs götürülmüş sidik nümunəsi testində THC (marixuana) aşkar olunmuşdur. Nəticədə hazırki protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə özünə məxsus “MERCEDES BENZ 190” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol polisi tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra onun narkotik vasitə istifadə etməsindən şübhələnildiyi üçün həkim narkoloq tərəfindən müayinə olunmuş və ondan götürülmüş sidik nümunəsi testində marixuana aşkar edilmişdir. Qeyd edir ki, o bir müddət əvvəl Lənkəran şəhərinə getmiş və orada narkotik vasitə olan marixuana istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinrilimiş Şəmkir rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 12:29 radələrində Şəmkir rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X4 ilə birlikdə xidməti vəzifələrini yerinə yetirərkən “MERCEDES BENZ 190” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün dönmə işıq cihazından istifadə qaydalarını pozduğunu görüb avtomaşını saxlatmışlar. Avtomaşın saxlanıldıqdan sonra sürücü Şəxs narkotik vasitədən istifadə etməklə sərxoş olduğundan şübhələnmişlər. Bu səbəbdən Şəxs həkim narkoloq tərəfindən müayinə olunmuş və sonuncudan götürülmüş sidik nümunəsi testində THC (marixuana) aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оьлунун она истинад олунан инзибати хятаны тюрятмяси özünün etiraf ifadəsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahid ifadəsi və ишдя олан сянядлярля там тясдиг едилмишдир. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 765/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidikdə narkotik THC (marixuana) aşkar olmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halda törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə гярара алды: Şəxs оьлу Азярбайъан Республикасынын Инзибати Хяталар Мяъяллясинин 333.1-ъi маддясиндя нязярдя тутулмуш инзибати хятаны тюрятмякдя тягсирли билиниб 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Гярарын суряти, тягдим едилдийи вя йа алындыьы эцндян 10 эцн мцддятиндя Шямкир Район Мящкямяси васитясиля Эянъя Апеллйасийа Мящкямясиня шикайят вя йа протест вериля биляр. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-463/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-463/2023
08.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver