Məhkəmə qərarları › İş №3(076)-464/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-464/2023

09.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-464/2023 09.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Məmmədova Şəfəq Ənvər qızının сядрлийи, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs иштираклары иля xx.xx.1988-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmki rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, мцяййян етди: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 09 aprel 2023-cü il tarixdə Şəmkir rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 08 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 03 aprel 2023-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində həmin kənd sakini X1 evinin həyətyanı damından 70 manat dəyərində 1 ədəd hindquşu və iki ədəd toyuq oğurlamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Şəmkir rayonu, Şiştəpə kənd sakini X3 03 aprel 2023-cü il tarixdə AR DİN-nin 102 xidmətinə və Şəmkir RPŞ-nin Kür PB-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Şəxs ona məxsus evin həyətyanı sahəsindən 70 manat dəyərində 2 ədəd toyuq və bir ədəd hindquşunu oğurladığını bildirmiş və daxil olmuş müraciətlə əlaqədar araşdırma aparılmışdır. Təhqiqat araşdırması zamanı xx.xx.2023-cü il tarixli qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan sonuncunun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin İTB-nin sahə rəisinə göndərilmişdir. Material onun icraatına daxil olmuş müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, həqiqətən 03 aprel 2023-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində həmin kənd sakini X1 evinin həyətyanı damından 70 manat dəyərində 1 ədəd hindquşu və iki ədəd toyuq oğurlamışdır. Daha sonra oğurladığı hindquşunu və toyuqları yaşadığı evin həyətinə gətirərək dama salmışdır. xx.xx.2023-cü il tarixdə saat 09-radələrində oğurladığı 1 ədəd hindquşunu və iki ədəd toyuqları kənd ərazisində tanımadığı şəxslərə cəmi 32 manata satmış və əldə etdiyi pulu isə öz şəxsi tələbatı üçün xərcləmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisinə göndərilməsi, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 08 aprel 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2023-cü il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə sübut olunur və o, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Эюстярилянляря ясасланараг вя Азярбайъан Республикасынын Инзибати Хяталар Мяъяллясинин 40, 43, 48-51, 114, 115, 128-130-ъу маддялярини рящбяр тутараг, мящкямя гярара алды: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq еdilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Гярарын суряти, тягдим едилдийи вя йа алындыьы эцндян 10 (on) эцн мцддятиндя Шямкир Район Мящкямяси васитясиля Эянъя Апеллйасийа Мящкямясиня шикайят вя йа протест вериля биляр. Hakim: /imza/ Şəfəq Məmmədova Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar