Məhkəmə qərarları › İş №3(076)-465/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-465/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-465/2023 10.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1956-cı il tarixdə Şəmkir rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon Polis Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqında protokol tərtib etmiş şəxs Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X10 izahatında bildirdi ki, xx.xx.2022-ci tarixdə saat 12 radələrində Şəmkir rayonu Ağdağlar yaşayış massivində yaşayan X5, Şəxs vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğuna və onun barəsində inzibati tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 12 iyun 2022-ci il tarixdə O, tanışı X1, X4 və Qəzənfər adlı şəxslə birlikdə onları özü ilə şahid kimi apararaq Cəmilənin yaşadığı evə getmişlər. Onun Cəmilənin yaşadığı onun tikdiyi evə getməkdə məqsədi Cəmilə ilə razılaşaraq evi bölmək, əks halda isə Cəmiləyə evlə bağlı tələblə məhkəməyə müraciət edəcəyini başa salmaq imiş. O, evin həyətinə daxil olan kimi Cəmilə onlar tərəfə daş atmağa başlamışdır. Bu zaman o, Fidana Cəmilənin hərəkətlərini videoya çəkməyi xahiş etmişdir. Cəmilə Fidanın video çəkdiyini gördükdə Fidanın köynəyini cırmışdır. Daha sonra isə onlar həyətdən çıxaraq ona məxsus VAZ 21015 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişdir. Həmin vaxtı Cəmilə əlinə böyük ölçülü daş götürərək avtomobilin arxa şüşəsini sındırmışdır. Həmin vaxtı o öz mobil telefonu ilə Cəmilənin hərəkətlərini çəkməyə başlamışdır. Bu zaman Cəmilə daşla çənə nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. O da həmin vaxtı 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Eyni zamnda Cəmilənin oğlu Fuad da onun üzərinə gəlmiş və əlinə vuraraq telefonu yerə salmışdır. O, telefonu götürmək istədikdə Fuad telefonu götürərək qaçmışdır. Şəmkir bazarının içərisinə daxil olan yerdə telefonunu daşa vuraraq sındırmış və telefonu bazarın içərsində olan tualetin içərisinə ataraq qaçıb getmişdir. O, telefonu götürmək istədiyi zaman Cəmilə yenidən həmin yerə gələrək ona daşla vurmağa başlamışdır. Cəmilənin saçından tutaraq yerə yıxmışdır. Həmin vaxtı Cəmilə özünü huşunu itirmiş kimi göstərmişdir. O, Cəmiləni buraxaraq kənarda dayanmışdır. Həmin vaxtı qəfildən Fuad gələrək onun burun nahiyyəsindən görmədiyi əşya ilə vurmuşdur. Həmin vaxtı gözləri qaralmış və burnundan qan açılmışdır. Polis əməkdaşları həmin yerə gəlmiş, Onun burnundan çox qan axdığından polis əməkdaşları onu xəstəxanaya yola salmışlar. Xəstəxanadan çıxdıqdan sonra polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, 12 iyun 2022-ci il tarixdə saat 12 radələrində Şəmkir rayonu “Ağ Dağlar” yaşayış massivində yaşadığı evdə olan zaman Ramiz, Gülnarə və Fidan əllərində telefon ilə video çəkərək evin həyətinə gəlmişlər. Bu zaman o, Ramizdən evindən çıxıb getməsini istəmişdir. Elə bu zaman Ramiz ona yaxınlaşaraq əlləri ilə onun sifət nahiyyəsindən vurmuşdur. Ramiz onu vuran zaman Fidan isə saçlarından tutub dartmışdır. Elə bu zaman oğlu Fuad Məmmədov oraya gəlmiş onları ayırmış, evdən çölə çıxarmışdır. O, onların arxası ilə çölə çıxmış, yerdən daş götürüb Ramizə tərəf daş atmağa başlamışdır. Həmin daşlar Ramizə dəyməsə də Ramizə məxsus avtomobilin arxa şüşəsinə dəymiş avtomobilin arxa şüşəsi qırılmışdır. Bu zaman Ramiz ona yaxınlaşmış, Ramizlə bir-birlərinin yaxasından tutaraq bir-birlərini dartmağa başlamışlar. Onlar bir-birlərini dartan zaman Ramizin telefonu yerə düşmüş, Fuad isə həmin telefonu götürərək oradan uzaqlaşmışdır. O və Ramiz bu zaman Fuadın arxası ilə getmiş, orada Ramiz yenə də onun boğazından yapışıb onu boğmağa başlamış və o huşunu itirərək yerə yıxılmışdır. Bunu görən oğlu Fuad isə Ramizə yaxınlaşaraq yumruqla bir neçə dəfə Ramizin sifət nahiyyəsindən vurmuşdur. Odur ki, Şəxs barəsində inzibati qaydada cəza verilməsini xahiş edir. İş materiallarında olan MN ******* nömrəli 10 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı X5 döymüşdür. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 640 saylı rəyindən görünür ki, X3 bədən səthində, hər hansı bir xəsarət və xəsarət izi müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif haqqında qərardan görünür ki, Şəxs X5 döyməsi faktında cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Cəmilə Yusifovanın şikayət ərizəsi üzrə aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibinin olmaması və buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və həmin qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar