Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-465/2025 13.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X4 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1983 -ci il tarixdə Şəmkir rayonu, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, M.Əcəmi küçəsi, ev 4 qeydiyyada olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında bildirdi ki,Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(076)-1728/2022 nömrəli qətnaməsinə əsasən,xx.xx.2009-cu il tarixdə anadan olmuş X6, xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü ildə anadan olmuş X1 adlı uşaqların cavabdehlər Şəxs, X9 və X5 alınaraq iddiaçı Zərərçəkmiş şəxs himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana qədər iddiaçı - anaları Zərərçəkmiş şəxs himayəsində saxlanılması; xx.xx.2022-ci il tarixdərL_başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa 170 (yüz yetmiş) manat sabit pul məbləğdə aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsindən xx.xx.2023-cü il tarixdə 2(104)-1103/2023 saylı icra vərəqəsinə əsasən isə Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(076)-1728/2022 nömrəli qətnaməsi “xx.xx.2009-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 adlı uşaqların cavabdehlər Şəxs, X9 və X5 alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi” hissədə dəyişdirilmiş.xx.xx.2009-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 iddiaçı Zərərçəkmiş şəxs himayəsində saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixdə daxil olmuş həmin 2(104)-1103/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Hazırda qalıq aliment borcu 2480 manat təşkil edir. Belə ki, borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildirişlər ona təqdim edilmişdir.Rəsmi iş yeri yoxdur və maddi cəhətdən çətinlik çəkir, bununla belə tələbkar ilə də barışıq əldə etmişdir, öz aralarında borcun ödənilməsinə dair razılığa gəlmişlər, borcunu müəyyən müddətə ödəyəcəyinə söz verir. Odur ki, borcu ödəməkdən qərəzli yayınmadığından barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdr ki, borclu ona 2480 manat pul ödəməlidir, hazırda borclu ilə razılığa gəlmişlər və borcludan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı Şəxs müdafiəçisi Vəkil izahatında bildirdi ki, borclu ilə tələbkar arasında barışıq vardır, buna görə də onun barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1103/2023 saylı icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı hərəkətlər edilir, onun tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı X3 əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1103/2023 saylı icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, tələbkar tam olaraq 2480 manat borcunun ödənildiyini, borcludan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu tərəfindən borc tam olaraq tələbkara ödənilmişdir, icra sənədi icra edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin, həmin inzibati xəta haqqında işə baxılarkən, inzibati xəta törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, ona hüquqi yardım dövlətin vəsaiti hesabına təmin edilmiş və Şəmkir rayon vəkil bürosunun vəkili Vəkil müdafiəçi qismində işə buraxılmışdır. Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2,193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatından görünür ki, Vəkil Şəxs barəsində olan inzibati xəta haqqında, iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə görə bir saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə sərf edilmiş ümumilikdə bir saata görə 11 manat (1 saat X 11 manat) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs maddi imkanı olmadığından hüquqi yardıma görə haqq ödəməkdən azad edilsin və onun müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilsin. Şəmkir Rayon Vəkil Bürosunun vəkili Vəkil iş materialları ilə tanış olması və məhkəmə baxışında iştirak etdiyi saatlara, ümumilikdə 1 (bir) saata görə 11 (on iki) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 805670; Bankın VÖEN-i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN-i: **********). Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-465/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-465/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver