Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-468/2023 20.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Şəmkir rayon prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonunun Sarıtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, "xxxx" QSC-nin Şəmkir filialında icra işləri üzrə mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda tərtib olunmuş inzibati material baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Həmin qərarla müəyyən edilir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi faktı 17 iyun 2022-ci il tarixdə ifadəsi alınarkən aşkara çıxarılmışdır. İnziabti Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə iclasında Şəmkir rayon prokurorunun köməkçisi X3 göstərmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslıdır, Şəxs tərəfindən inzibati xətanın törədilməsi 17 iyun 2022-ci il tarixdə ifadəsi alınarkən aşkara çıxarılmışdır. Odur ki, məhkəmədən Şəxs Məhərrrəm oğlunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Əliyev Əli ilə razılıqlarına görə o, ilk dəfə Əli Əliyevə xx.xx.2020-ci il tarixdə borc müqaviləsi əsasında aylıq 2.5 faiz olmaqla 30 000 (otuz min) manat pul vermiş, həmin pula görə ona faizə görə ayda 750 manat pul ödəyir. xx.xx.2021ci il tarixdə 235 faizlə 25 000 (iyirmi beş min) manat borc müqaviləsi ilə pul vermiş və Əli həmin pulun faizinə görə ona aylıq 625 manat pul ödəyir. xx.xx.2021-ci il tarixdə 2.5 faizə 18 000 manat (on səkkiz min) manat borc müqaviləsi ilə pul vermiş və Əli həmin pulun faizinə görə ona aylıq 450 manat pul ödəyir. xx.xx.2021-ci il tarixdə 2.5 faizə 14 000 (on dörd min) manat borc müqaviləsi ilə pul vermiş və Əli həmin pulun faizinə görə ona aylıq 350 manat pul ödəyir. xx.xx.2021-ci il tarixdə 2.5 faizə 12 000 (on iki min) manat borc müqaviləsi ilə pul vermiş və Əli həmin pulun faizinə görə ona aylıq 300 manat pul ödəyir. xx.xx.2021-ci il tarixdə 2.5 faizə 6000 (altı min) manat borc müqaviləsi ilə pul vermiş və Əli həmin pulun faizinə görə ona aylıq 150 manat pul ödəyir. xx.xx.2021-ci il tarixdə 2.5 faizə 10 000 (on min) manat borc müqaviləsi ilə pul vermiş və Əli həmin pulun faizinə görə ona aylıq 250 manat pul ödəyir. Sonuncu müqavilə xx.xx.2021-ci il tarixdə 3 faizə 20.000 (iyirmi min) manat borc müqaviləsi ilə pul vermiş və Əli həmin pulun faizinə görə ona aylıq 600 manat pul verir. Məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışa əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə cinayət işi başlanılmış və xx.xx.2022-ci ildə cinayət işi üzrə əməl CM-nin 178.2.2, 178.2.4, 308.2 və 320.1-ci maddələrinə tövsif edilmişdir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Şəxs və başqalarının barəsində İXM-nin 398-ci maddəsinin tərkib əlamətlərinin olması aşkar edilmişdir. Buna görə də icraatın həmin hissələrinə aid materiallar cinayət işindən ayrılaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsində xx.xx.2023-cü il tarixli qərarla dan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Məhkəmə, iş materiallarında olan sənədlərə, proses iştirakçılarının izahatına məcmu halda qiymət verərək və təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərhlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə cinayət işi başlanılmış və xx.xx.2022-ci ildə cinayət işi üzrə əməl CM-nin 178.2.2, 178.2.4, 308.2 və 320.1-ci maddələrinə tövsif edilmişdir. Aparılmış istintaq zamanı Şəxs və başqalarının barəsində İXM-nin 398-ci maddəsinin tərkib əlamətlərinin olması aşkar edilmişdir. Yəni Şəxs lombard fəaliyyəti ilə məşğul olan Əli Əliyevlə razılıqlarına görə o, Əli Əliyevə ilk dəfə xx.xx.2020-ci il tarixdə borc müqaviləsi əsasında aylıq 2.5 faiz olmaqla 30 000 (otuz min) manat pul vermiş, həmin pula görə ona faizə görə ayda 750 manat gəlir əldə etməklə, xx.xx.2021-ci il tarixdə 235 faizlə 25 000 (iyirmi beş min) manat borc müqaviləsi ilə pul vermiş və həmin pulun faizinə görə aylıq 625 manat gəlir əldə etməklə, xx.xx.2021-ci il tarixdə 2.5 faizə 18 000 manat (on səkkiz min) manat borc müqaviləsi ilə pul vermiş və həmin pulun faizinə görə aylıq 450 manat pul gəlir əldə etməklə, xx.xx.2021-ci il tarixdə 2.5 faizə 14 000 (on dörd min) manat borc müqaviləsi ilə pul vermiş və həmin pulun faizinə görə aylıq 350 manat pul gəlir əldə etməklə, xx.xx.2021ci il tarixdə 2.5 faizə 12 000 (on iki min) manat borc müqaviləsi ilə pul vermiş və həmin pulun faizinə görə aylıq 300 manat pul gəlir əldə etməklə, xx.xx.2021-ci il tarixdə 2.5 faizə 6000 (altı min) manat borc müqaviləsi ilə pul vermiş və həmin pulun faizinə görə aylıq 150 manat pul gəlir əldə etməklə, xx.xx.2021-ci il tarixdə 2.5 faizə 10 000 (on min) manat borc müqaviləsi ilə pul vermiş və həmin pulun faizinə görə aylıq 250 manat pul gəlir əldə etməklə, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə 3 faizə 20.000 (iyirmi min) manat borc müqaviləsi ilə pul vermiş və həmin pulun faizinə görə aylıq 600 manat gəlir əldə etməklə nəzərdə tutulan inizbati xətanı törətməkdə təqsirli bilinir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında X4 Məcəlləsinin 38.1ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanmasına istinad edilərək, Şəxs tərəfindən inzibati xətanın törədilməsi faktı 17 iyun 2022-ci il tarixdə ifadəsi alınarkən aşkara çıxarılması qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya məhkəməsinin yuxarıda göstərilən Qərarındakı hüquqi mövqeyinə görə də qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Lakin hazırki iş üzrə inzibati xəta törədən şəxsin əməli uzanan inzibati xəta deyil davam edən inzibati xəta kimi nəzərə alınmalıdır. Belə ki, hazırki inzibati xəta davam edən inzibati xətalara xas olmaqla hesab edilən əməl, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni əməllərdir. Bu hüquq pozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Həmçinin bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yəni hazırki davam edən inzibati xətaya görə inzibati tənbeh İXM-nin 38.1-ci maddəsində qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı nəzərdə tutulan 1 il müddət təyin edilməklə inzibati xətanın sonuncu törədildiyi vaxtın xx.xx.2021-ci il olması nəzərə alınaraq yalnız xx.xx.2022-ci il tarixə qədər verilə bilərdi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs inzibati tənbeh verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət başa çatmışdır. (ötürülmüşdür) Lakin, hətta nəzərdə tutulan törədilən inzibati xəta uzanan inzibati xəta olmuş olsaydı belə, yenə də Konstitusiya məhkəməsinin hüquqi mövqeyinə görə hazırki işdə uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsi olsa idi belə həmin uzanan hüquq pozuntuları konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatmış hesab etmək olar. Bu zaman da hazırki nəzərdə tutulan inzibati xətanın aşkara çıxarılmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs başqa şəxsin barəsində açılmış cinayət işi üzrə Şəxs ifadəsinin alınması, onun törətilməsi nəzərdə tutulan inzibati xətanın aşkara çıxarılması zamanını ifadə etmir. Belə ki, aparılan istintaq zamanı müstəntiqin şəxslərin nə vaxt ifadəsinin alınmasını xətanın aşkara çıxarıldığı vaxtı hesab etmək olmaz. Bu hal İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində təsbit edilmiş prinsiplərə zidd olardı. Məhkəmə qeyd edir ki, hazırki işdə şəxsin törətdiyi əməl xx.xx.2020-ci ildə başlamış və sonuncu əməl xx.xx.2021-ci ildə özünün iradəsi ilə başa çatmışdır. Bu halda inzibati xəta hadisəsi başa çatmışdır. Yəni onun ifadəsi alınarkən həmin xəta davam etmirdi və ya uzanmırdı. Əgər ifadəsi alınarkən törətdiyi əməl davam etsəydi və ya uzansaydı və o zaman başlanmış cinayət işi ilə bağlı onun təqsirli hesab edilən inizbati xəta əməli dayandırılsaydı, o halda onun barəsində inzibati xəta aşkar edilmiş olardı. Halbuki o, xx.xx.2021-ci ildə artıq hazırda qanunsuz hesab edilən fəaliyyətini dayandırmışdır. Bundan başqa, İXM-nin 38.5-ci maddəsində inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan 1 il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi, qanunvericilik hətta inzibati xətanı törətmiş şəxsin qaçıb gizlənməsi halında belə bərpa olunmuş müddət zamanı da inzibati xətanın törədildiyi vaxtdan bir il keçdikdən sonra onun inzibati məsuliyyətə cəlb olunmasını istisna etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməldir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığından xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığından xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protetst verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-468/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-468/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver