Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-471/2023 20.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş X4 və şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Samux rayonu YPX-nin Polis mayoru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Samux rayonu YPX polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP5642797 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2023-cü ilin mart ayında onun idarə etdiyi avtomobil X10 İdarəsinin Samux Rayon Yol Polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona avtomobili spirtli içki qəbul etməklə idarə etdiyini bildirərək onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. O həmin vaxt heç bir spirtli içkidən istifadə etməmiş, hətta 3-4 gün əvvəl belə spirtli içki qəbul etməmişdir. O bu barədə X10 əməkdaşına bildirmiş, eyni zamanda həkim müayinəsi tələb etmişdir. Lakin polis əməkdaşları onun etirazlarına məhəl qoymayaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında inzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, 27 mart 2023-cü il tarixdə günortadan sonra saat təxminən 17:00-18:00-da spirtli içki qəbul etmiş, həmin gün nəqliyyat vasitəsini idarə etməmişdir. Səhəri gün xx.xx.2023-cü il tarixdə saat 09:00-da avtomobili idarə edərkən polis əməkdaşları onu saxlamış və xüsusi texniki vasitənin köməyi ilə sərxoşluq yoxlanılmış və ona sərxoş vəziyyətdə avtomobil idarə etməsi barədə protokol tərtib edəcəklərini bildirmişlər. O həmin vaxt tibbi müayinə tələb etməmiş, təxminən 4-5 saat keçdikdən sonra tibbi müayinə tələb etmiş, lakin onu tibbi müayinəyə aparmamışlar. Qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 şikayəti əsassız hesab edərək, izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman, VAZ 21154 minik markalı 90MS026 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmış, sürücünün sərxoşluğu xüsusi texniki vasitə ilə yoxlanılan zaman sərxoşluq dərəcəsi 0.410 promilli müəyyən edilmişdir. Nəqliyyat vasitəsini idarə edən X3 əvvəlki gün spirtli içki qəbul etdiyini və sərxoşluğun müəyyən edilməsi üçün əlavə tibbi müayinəyə ehtiyacının olmadığını bildirmişdir. Bu səbəbdən də inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq qərar qəbul edilmişdir. Şəxs sərxoşluq xüsusi texniki vasitənin köməyi ilə müəyyən edildikdən 4-5 saat sonra tibbi müayinə tələb etmiş, şəxsə inzibati xəta haqqında protokol tərtib edildiyindən artıq gec olduğunu bildirmişlər. Bundan əlavə 0.410 promilli sərxoşluq 4-5 saat sonra artıq tibbi müayinə zamanı görünməyəcəkdi. Onun tərtib etdiyi protokol əsasında inzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Qərar tam qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Samux rayonu YPX polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP5642797 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 327.1 və 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Xüsusi Texniki Vasitə ilə yoxlanmasının nəticəsinə dair qəbzdən görünür ki, X2 alkoqolun miqdarı 0.410 promillidir (Qəbz V.L. Məmmədov tərəfindən imzalanmışdır). Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X3 şikayətində göstərmişdir ki, o, həmin gün heç bir spirtli içki qəbul etməmiş, hətta 3-4 gün əvvəl də spirtli içki qəbul etməmişdir. Lakin məhkəmə iclasında izahatında bir gün əvvəl 27 mart 2023-cü il tarixdə günortadan keçəndən sonra spirtli içki qəbul etdiyini, ondan sonrakı gün səhər saatlarında avtomobili idarə etdiyini bildirmişdir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, X3 bir gün əvvəl spirtli içki içməsini bildirmiş, xüsusi texniki vasitə ilə yoxlanılmış, 0,3 promillidən artıq, yəni 0.410 promilli olmuş, xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmış və tibbi müayinəyə aparılmasına ehtiyac olmadığını bildirmişdir. Mübariz Məmmədov izahatında polis əməkdaşlarının onu saxlamasından 4 saatdan çox keçdikdən sonra xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadığını və tibbi müayinəyə aparılmasına ehtiyac olduğunu polis əməkdaşına bildirməsini qeyd etsə də iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən videoyazıdan görünür ki, Mübariz Məmmədovun bildirdiyinin əksinə, həmin vaxt xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmış və tibbi müayinəyə aparılmasına ehtiyac olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanı törətmiş şəxsin dərhal tibbi müayinə aparılmasını tələb etməməsi və yalnız 4 saatdan çox vaxt keçdikdən sonra tibbi mayinəni tələb etməsi şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməsinə dəlalət etmir. Belə ki, şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olması halı özünün izahatı, işə əlavə edilmiş videoyazı və işə əlavə edilmiş digər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Samux rayonu YPX-nin polis mayoru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Samux rayonu YPX-nin polis mayoru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-471/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-471/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver