Məhkəmə qərarları › İş №3(076)-472/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-472/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-472/2025 16.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, Şəmkir RPŞnin DYPB-nin vəzifəli şəxsinin, X1 barəsində tərtib edilmiş EQ 26715824 saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin YPX-nin vəzifəli şəxsinin, X1 barəsində tərtib edilmiş EQ 26715824 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X2 qaytarılmalıdır. Bununla belə, mübahisələndirilən qərar məhkəməyə təqdim olunmamış və ya şikayətdə onun əldə olunmasının qeyri-mümkünlüyü göstərilməmişdir. Bununla da inzibati xəta hadisəsinin harada törədilməsini və işin aidiyyət məsələsini müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar