Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-474/2024 06.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X1 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X3 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X7 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və xx.xx.2023–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X7 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin protokolun və qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X2 şikayətin dəlillərini müdafiə edərək ilkin olaraq göstərdi ki, xx.xx.2023–cü il tarixdə saat 19:35 radələrində Şəmkir rayonu Seyfəli kəndi ərazisində piyada hərəkətdə olarkən polis əməkdaşları onu saxlamış və sərxoş olmasını bildirmişlər. Lakin həmin vaxt ona barəsində inzibati xəta haqqında protokol tərtib olunması barədə heç bir söz deməmişlər. Bir neçə ay sonra isə barəsində tərtib edilmiş protokoldan və inzibati iş üzrə qərardan məlumatı olmuşdur. Həmçinin, Nurlan Qurbanəliyev qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın nümayəndəsinin izahatından sonra sualları cavablandırarkən göstərdi ki, xx.xx.2023–cü il tarixdə saat 19:35 radələrində Şəmkir rayonu Seyfəli kəndində yerləşən və Məşdinin kafesi kimi tanınan kafenin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış, onun sərxoş olmasını bildirmişlər. Həmin vaxt avtomobil idarə etməmiş, avtomobili kafenin həyətində olmuşdur. O, polis əməkdaşlarına sərxoş olmamasını bildirsə də, polislər ona məhəl qoymamış və sərxoşluq vəziyyətini yoxlamadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarın dəlillərini qəbul etmir. Belə ki, polis əməkdaşı ona yaxınlaşan zaman o, avtomobil idarə etməmiş, kafenin qarşısında dayanmışdır. Polis əməkdaşı əsassız şəkildə, heç bir sübuta dayanmadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin protokolu və qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın YPX–nin inspektoru X4 məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2023–cü il tarixdə saat 19:35 radələrində Şəmkir rayonu, Seyfəli kəndi ərazisində xidmətdə olarkən VAZ 21063 markalı ** BZ *** qeydiyyat nömrəli avtomobilin sürücüsünün avtomobili işıqsız idarə etməsini müşahidə etmiş, bu səbəbdən ona saxla işarəsi vermişdir. Lakin sürücü avtomobili saxlamamış, 200–300 metr getdikdən sonra avtomobili Məşdinin kafesi kimi tanınan kafenin həyətində saxlamışdır. Bu zaman adı sonradan məlum olan X2 avtomobildən düşmüş və onlarla aqressiv şəkildə danışmağa başlamışdır. Həmin vaxt Nurlan Qurbanəliyevdən spirtli içki qoxusu gəlmiş və alkotestr vasitəsilə onun sərxoşluq vəziyyətini yoxlamışlar. Nurlan Qurbanəliyev 0,418 pr. sərxoşluq vəziyyətində olmuşdur. Bundan sonra araşdırma aparılmış və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla protokol tərtib edilmişdir. Bu səbəbdən Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023–cü il tarixdə saat 19:35– də VAZ 21063 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1– ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X7 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan və 42522 nömrəli sərxoşluq vəziyyətinin ölçü cihazı kimi istifadə edilən xüsusi texniki vasitə ilə ölçülmüş sərxoşluq qəbzindən görünür ki, X2 xx.xx.2023–ci il tarixdə 0,418 % sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 3(076)– 264/2024 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM–nin 529.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 07 (yeddi) ay müddətinə məhdudlaşdırılmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024–cü il tarixli 3(104)– 237/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, 3(076)–264/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Belə ki, məhkəmə iclası zamanı X1 avtomobili sərxoş vəziyyətdə və işıqsız idarə etməsi öz təsdiqini tapmışdır. Həmçinin, Nurlan Qurbanəliyev məhkəmə iclasında ilkin olaraq xx.xx.2023– cü il tarixdə saat 19:35 radələrində Şəmkir rayonu Seyfəli kəndi ərazisində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də, sonradan həmin tarixdə Şəmkir rayonu Seyfəli kəndində yerləşən və Məşdinin kafesi kimi tanınan kafenin qarşısında dayanan zaman polis əməkdaşlarının ona yaxınlaşmasını göstərmişdir. Bu hal isə ona dəlalət edir ki, Nurlan Qurbanəliyev birmənalı şəkildə izahat verməmiş və onun izahatı özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə tərtib edilmiş xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X7 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X7 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə tərtib edilmiş xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-474/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-474/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver