Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-477/2024 08.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Kəlbəcər rayonu, Vəng kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Kəlbəcər rayonu, Vəng kəndində qeydiyyatda olmaqla, Samux rayonu, Yenikənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-433/2018 saylı icra sənədi üzrə tələbləri icra etməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahələrinin cavabdeh Şəxs və qeyrilərinin zəbtindən azad edilməsi və həmin torpaq sahələrinin iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, zəbt etdiyi torpaq sahəsindən çıxmamışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədi üzrə tələbləri icra etməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu mübahisəli sahədən çıxmamışdır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu ona məxsus torpaq sahəsindən çıxmadığı üçün icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda Şəxs ona məxsus torpaq sahəsindən çıxmış və torpaq sahəsi ona təhvil verilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahələrinin onun və qeyrilərinin zəbtindən azad edilməsi və həmin torpaq sahələrinin iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. Hazırda həmin torpaq sahəsindən çıxmış və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahələrinin cavabdeh Şəxs və qeyrilərinin zəbtindən azad edilməsi və həmin torpaq sahələrinin iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. İşdə olan və tələbkar Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, onun mülkiyyətində olan torpaq sahəsi Şəxs zəbtindən azad edilərək ona təhvil verilmişdir. İşdə olan və borclu Şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, tələbkara məxsus torpaq sahəsini geri qaytarmışdır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu icra sənədi üzrə tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkarın mülkiyyətində olan torpaq sahəsindən çıxaraq torpağı tələbkara təhvil verilmişdir. Tələbkar da ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-477/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-477/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver