Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-478/2023 26.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı иля xx.xx.1986-cı ildə Şəmkir rayonu, Yeni-Həyat kəndində анадан олмуш, Азярбайжан Республикасы вятяндашы, orta тящсилли, subay, işləməyən, Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Şəxs оьлунун Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1605/2022 saylı icra sənədi üzrə yaranmış 3.135 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs və qeyrisindən 4.500 manat pulun və 135 manat dövlət rüsumunun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs 3.135 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, borclu ona olan borcunu ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda Şəxs ona olan borcunu xx.xx.2023-cü il tarixdə ödəməyi öhdəsinə götürmüş, o da borclu ilə razılaşmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan və qeyrisindən 4.500 manat pulun və 135 manat dövlət rüsumunun alınıb tələbkar X4 verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda isə tələbkara olan borcunu xx.xx.2023-cü il tarixdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs və qeyrisindən 4.500 manat pulun və 135 manat dövlət rüsumunun alınıb tələbkar X4 verilməsi qət edilmişdir. İşdə olan və tələbkar X5 tərəfindən yazılmış ərizədən görünür ki, Şəxs ona olan borcunu xx.xx.2023-cü il tarixdə ödəməyi öhdəsinə götürmüş, o da borclu ilə razılaşmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan və borclu Şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, tələbkara olan borcunu xx.xx.2023-cü il tarixdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan borcunu xx.xx.2023-cü il tarixdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Tələbkar da ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-478/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-478/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver