Məhkəmə qərarları › İş №3(076)-48/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-48/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-48/2023 30.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədliyi, X11 iclas katibliyi, protokol tərtib etmiş orqanın nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 544.1-ci mаddəsi ilə Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsindən dаxil оlmuş inzibаti xətа hаqqındа protokol üzrə mаteriаlа açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsindən Şəxs barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 544.1-ci mаddəsi ilə inzibаti xətа hаqqındа xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin materiallarından görünür ki, sahibkar Şəxs əvvəlcədən məlumatlı olmasına baxmayaraq, Şəmkir şəhəri 20 Yanvar küçəsində fəaliyyət göstərən ərzaq mağazasında yoxlamadan yayınmaq məqsədilə yoxlama gedə-gedə adına olan VÖEN-ni dayandırmış və xx.xx.2022-ci il tarixdə yoxlamanın keçirilməsi üçün şərait yaratmamışdır. Şəxsnlada Azərbaycan Respublikası İXM-in 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzbati xətanı törətmiş və bаrəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xətа hаqqındа protokol tərtib edilmişdir. Məhkəmə iclаsında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X8 bildirdi ki, o, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsində aparıcı məsləhətçi vəzifəsində işləyir. 24-26 oktyabr 2022-ci il tarixlərdə Ədliyyə Nazirliyinin çıxarışı ilə yoxlama aparılmışdır. Həmin yoxlamalar plandan kənar vətəndaş müraciətinə əsasən aparılmış, o da həmin yoxlamalarda iştirak etmişdir. Həmin yoxlamalar zamanı 2 mağazaya baxış keçirilmiş, Şəxs Şəmkir şəhəri 20 Yanvar küçəsində fəaliyyət göstərən ərzaq mağazası bağlı olduğundan həmin mağazaya baxış keçirilməsi mümkün olmamış, bu səbəbdəndə həmin mağazada yoxlama aparıla bilməmişdir. Həmin vaxt tərəflərindən yaxınlıqda olan mağazalardan Şəxs atası X4 mobil telefon nömrəsi tapılmış və Şəxs atası ilə əlaqə saxlanılmış X12 hazırda toyda olduqlarını və buna görə də mağazanı aça bilməyəcəklərini demişdir. Bundan sonra yoxlama xx.xx.2022-ci il tarixədək dayandırılmış və həmin tarixdə yenidən həmin mağazaya baxış keçirilməsi üçün gedilmiş. Həmin vaxt Şəxs mağazada olmamış, onları onun atası X12 qarşılamışdır. Bu zaman Şəxs soruşulsada, onun atası X1 Ramazan Nizami oğlunu tanımadığını, həmin mağazanı özünün işlətməsini bildirmişdir. Ondan sənəd tələb edildikdə X12 heç bir sənədinin olmamasını bildirmiş və heç bir sənəd təqdim etməmişdir. Onlar Şəxs ilə telefonla əlaqə saxlamış və onu mağazaya çağırmışlar. Şəxs mağazaya gəlmiş, ondan yoxlama keçirilməsi üçün şəxsiyyət vəsiqəsi və vöen tələb olunmuşdur. Onlar yoxlama qərarının olmasını və yoxlama aparacaqlarını bildirmişlər. Bu zaman X12 yoxlamanın öz adı ilə keçirilməsi təqdirdə yoxlamaya icazə verəcəyini, oğlu Şəxs adı ilə yoxlama keçirilməsinə imkan verməyəcəyini bildirmişdir. Yoxlama keçirilməsi üçün gedilən zaman X4 adına heç bir sənəd, o cümlədən də vöen olmamışdır. X4 vöeni xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamışdır. Onlar yoxlama aparılmasına icazə vermədiklərindən protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsında barəsində inzibati qaydada protokol tərtib edilmiş Şəxs bildirdi ki, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin əməkdaşları 24 oktyabr 2022-ci il tarixdə onun Şəmkir şəhəri 20 Yanvar küçəsində fəaliyyət göstərdiyi ərzaq mağazasında yoxlama keçirmək üçün gələn zaman o ailəsi ilə birlikdə toy məclisində olmuş və 24-25-26 oktyabr tarixlərdə mağaza bağlı olmuş və işləməmişdir. Həmin gün Qida X3 Regional Bölməsinin əməkdaşları atası X12 ilə əlaqə saxlamış bu zaman atası toyda olduqlarını və mağazanı aça bilməyəcəyini bildirmişdir. Qida X3 Regional Bölməsinin əməkdaşları atasına yenidən yoxlama aparılması üçün xx.xx.2022-ci il tarixdə gələcəklərini bildirmişlər və onunda həmin tarixdə yoxlama aparılması üçün gələcəklərindən məlumatı olmuşdur. Mağaza xx.xx.2022-ci il tarixdən yenidən işlətmiş, xx.xx.2022-ci il tarixədək mağazanı o özü işlətmişdir. Onun mağazanın icarəsini və firmalara olan borcunu ödəyə bilmədiyindən mağazanı bağlamaq qərarına gəlmişdir. Həmçinin binanın icarəsinə görə 2 aylıq ödəniş borcu olmuşdur. O binanın sahibinə mağazanı bağlayacağını bildirmiş, binanın sahibi ilə atası X2 edən zaman atası bunu bilmiş, o mağazanı özünün götürüb işlədəcəyini demiş və bina sahibi ilə razılaşmışdır. O, xx.xx.2022-ci il tarixədək mağazanı işlətmiş və həmin tarixdə mağazanı atasına təhvil vermiş, xx.xx.2022-ci il tarixdə o öz adına olan vöen-ni müraciət edərək fəalliyətini dayandırmışdır. Atası Nizami xx.xx.2022-ci il tarixdən həmin mağazada sahiblik edərək, onun borclarını və mal qalıqlarını üzərinə götürərək satışı həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə Qida X3 Regional Bölməsinin əməkdaşları mağazaya gəlmiş və onu axtarmışlar, o həmin vaxt evdə olmuş, mağazanı isə atası işlətmişdir. Onunla telefonla əlaqə saxlanılmış və onu mağazaya çağırmışlar. Onlar yoxlama aparılması ilə bağlı qərarı göstərib yoxlama aparacaqlarını demişlər. O həmin vaxt mağazaya getmiş, həmin vaxt ondan yoxlama keçirilməsi üçün şəxsiyyət vəsiqəsini və adına olan vöen tələb etmişlər. O həmin mağazanı artıq atasına təhvil verdiyini, mağazanı işlətmədiyini, adına olan vöen müraciət edərək dayandırdığını bilmişdir. Bu zaman atası X12 mağazanı onun özünün işlətdiyini yoxlamanın onun adı ilə keçirilməsini əks təqdirdə yoxlama aparılmasına icazə verməyəcəyini bildirmişdir. Atası Nizami adına olan vöen rəsmi olaraq xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamış, mal qalğı və kassa rəsmi osənədlər əsasında atasına təhvil verməmiş, şifahi razılıq əsasında mağazanı atasına təhvil vermişdir. Barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsında şahid qismində dindirilmiş X14 bildirdi ki, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsində baş məsləhətçi vəzifəsində işləyir. 24-26 oktyabr 2022-ci il tarixlərdə Ədliyyə Nazirliyinin çıxarışı ilə yoxlama aparılmışdır. Həmin yoxlamalar plandan kənar vətəndaş müraciətinə əsasən aparılmışdır. Həmin yoxlamalar zamanı 2 mağazaya baxış keçirilmiş, Şəxs Şəmkir şəhəri 20 Yanvar küçəsində fəaliyyət göstərən ərzaq mağazası bağlı olduğundan həmin mağazaya baxış keçirilməsi mümkün olmamış, bu səbəbdəndə həmin mağazada yoxlama aparıla bilməmişdir. Həmin vaxt yoxlama aparmaq üçün həmin yerdə olan Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin əməkdaşları yaxınlıqda olan mağazalardan Şəxs atası X4 mobil telefon nömrəsini tapmış və Şəxs atası ilə əlaqə saxlanılmış X12 hazırda toyda olduqlarını və buna görə də mağazanı aça bilməyəcəklərini demişdir. Bundan sonra yoxlama xx.xx.2022ci il tarixədək dayandırılmış və həmin tarixdə yenidən həmin mağazaya baxış keçirilməsi üçün gedilmiş. Həmin vaxt Şəxs mağazada olmamış, Qida X3 Regional Bölməsinin əməkdaşlarını onun atası X12 qarşılamışdır. Bu zaman Şəxs soruşulsa da, onun atası X1 Ramazan Nizami oğlunu tanımadığını, həmin mağazanı özünün işlətməsini bildirmişdir. Qida X3 Regional Bölməsinin əməkdaşları Şəxs ilə telefonla əlaqə saxlamış və onu mağazaya çağırmışlar. Şəxs mağazaya gəlmiş, ondan yoxlama keçirilməsi üçün şəxsiyyət vəsiqəsi və vöen tələb olunmuşdur. Həmin vaxt Qida X3 Regional Bölməsinin əməkdaşları yoxlama qərarının olmasını və yoxlama aparacaqlarını bildirmişlər. Şəxs adına olan vöeni dayandırdığını, mağazanı mal qalığı ilə birlikdə atası Nizami Həsənova verdiyini, artıq mağazanı atası işlətdiyini bildirmişdir. Bu zaman X12 yoxlamanın öz adı ilə keçiriləcəyi təqdirdə yoxlamaya icazə verəcəyini, oğlu Şəxs adı ilə yoxlama keçirilməsinə imkan verməyəcəyini bildirmişdir. Yoxlama keçirilməsi üçün gedilən zaman X4 adına heç bir sənəd, o cümlədən də vöen olmamışdır. X4 vöeni xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamışdır. Məhkəmə iclаsında şahid qismində dindirilmiş X12 bildirdi ki, Şəmkir şəhəri 20 Yanvar küçəsində fəaliyyət göstərən ərzaq mağazasını təxminən 4-5 ildir ki, oğlu Şəxs işlədir. xx.xx.2022-ci il tarixdə ailəsilə birgə toy məclisində olmuşlar. Həmin vaxt Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin əməkdaşları yoxlama aparılması üçün həmin mağazaya gəlmiş, onlar toy məclisində olduğu üçün mağaza bağlı olduğundan yoxlama keçirilməmiş, yaxınlıqda olan mağazlardan onun nömrəsini əldə edib onunla əlaqə saxlamışlar. O həmin vaxt ailə üzvləri ilə birlikdə toyda olduqlarını və mağazanı aça bilməyəcəklərini bildirmişlər. Son zamanlar oğlu Şəxs kredit götürmüş və mağazanı işlətməkdə çətinə düşümüş, o cümlədən 2 aylıq icarə haqqını ödəyə bilməmişdir. Ramazan onun xəbəri olmadan mağaza sahibi ilə danışmış və mağazanı bağlayacağını bildirmişdir. Bunu o mağaza sahibi ilə söhbət edən zaman bilmiş və mağaza sahibi ilə mağazanı özünün işlədəcəyi barədə razılaşlar və ona olan icarə pulunu o ödəyəcəyini bildirmişdir. O, həmin mağazanı içərisində olan mal qalığı və oğlunun borcu ilə birlikdə götürmüş və xx.xx.2022-ci il tarixdən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, oğlu Ramazanın mağaza ilə əlaqəsi kəsilmiş, daimi olaraq mağaza onun sahibliyinə keçmişdir. O malları Ramazandan təhvil-təslim etmədən şifahi razılaşma ilə götürmüş, həmin vaxt onun adına vöen və kassa aparatı olmamışdır. O, xx.xx.2022-ci il tarixdə mağazada satış həyata keçirərkən, Qida X3 Regional Bölməsinin əməkdaşları mağazaya gəlmiş, ondan Ramazanı soruşduqda o, mağazanı onun işlətdiyini bildirmiş, həmin vaxt sənədi və vöeni olmadığından onlara heç bir sənəd təqdim edəbilməmişdir. Onun özünün adına olan vöen xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Onlar Ramazanla əlaqə saxlayıb onu mağazaya çağırmışlar. Ramazan mağazaya gəlmiş, adına olan vöen-i dayandırdığını, mağazanı artıq işlətmədiyini və ona təhvil verdiyini bildirmişdir. Bu zaman Qida X3 Regional Bölməsinin əməkdaşları yoxlama aparacaqlarını bildirmişlər. O yoxlamanın Ramazanın adı ilə yox, onun öz adı ilə keçirilməsinə icazə verəcəyini bildirmiş, oğlu Şəxs adı ilə yoxlama keçirilməsinə imkan verməyəcəyini bildirmiş və yoxlamanın keçirilməsi baş tutmamışdır. Qida X3 Regional Bölməsinin əməkdaşları bu halı sənədləşdirmişlər. Məhkəmə iclаsında şahid qismində dindirilmiş X17 bildirdi ki, Şəmkir şəhəri 20 Yanvar küçəsində fəaliyyət göstərən ərzaq mağazası onun atasına məxsusdur. Atası hazırda xəstə olduğundan məhkəmə iclasına gələ bilməmişdir. Həmin mağazanı atası 300 manata Şəxs aylıq icarəyə vermişdir. Şəxs aylıq icra haqqını ödəyə bilmədiyi üçün oktyabr ayında 600 manat borcu yaranmışdır. Şəxs borcunu ödəmədiyi üçün onun atası ona ya mağazanı boşaltmasını, ya da borcunu ödəməsini bildirmişdi. O mağazadan çıxacağını demişdir. X2 zamanı mağazanı özünün işlədəcəyini bildirmiş, oğlu Ramazanın borcunu ödəmiş və mağazanı özü işlətməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 şahid X8 ilə eyni məzmunlu ifadə verdi. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən obyektində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yoxlanılması aparılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, YQ-231 saylı qərardan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən Şəxs məxsus ərzaq satışı mağazasında 24 oktvabr 2022-ci il tarixindən yoxlama həyata keçirilir. Yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin əmək qabiliyyətini müvəqqəti itirməsi, özünün və va yaxın qohumunun xəstəliyi, vaxud ölümü ilə bağlı və va digər üzrlü səbəblərdən yoxlamada iştirak edə bilməməsindən yoxlamanın davam etdirilməsinir mümkün olmamasına (20 gündən artıq olmayan müddətə) əsasən yoxlamanın aparılması dayandırılmışdır. İşdə olan YQ-231 saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli KY221832758 nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, 20 Yanvar küçəsi, ərzaq satışı mağazasında aparılan yoxlama zamanı ərzaq satışı mağazasının bağlı olduğundan yoxlamanın keçirilməsi mümkün olmadı. İşdə olan YQ-231 saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli KY221832758 nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, 20 Yanvar küçəsi, ərzaq satışı mağazasında aparılan yoxlama zamanı ərzaq satışı mağazasının bağlı olduğundan yoxlamanın keçirilməsi mümkün olmadı. İşdə olan YQ-231 saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Şəxs məxsus Şəmkir səhəri 20 Yanvar küçəsində fəaliyyət göstərən mağazada 24-26 oktyabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan plandankənar yoxlamada iştirak edə bilmədiyindən xx.xx.2022-ci il tarixdək dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə keçirilən yoxlama zamanı sahibkarlıq subyektinin VÖEN-in xx.xx.2022-ci il tarixdə dayandırılması üçün ərazi Vergilər İdarəsinə müraciət etdiyi bildirilmişdir. Hazırda mağazada digər şəxsin olduğuna və həmin VÖEN-nin olmadığı VÖEN üçün Vergilər xidmətinə müraciət etdiyi bildirildi. İşdə olan Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol məlumat üçün Şəxs göndərilmişdir. İşdə olan YQ-231 saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən və CD diskdə olan görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixli KY221832758 nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, 20 Yanvar küçəsi, ərzaq satışı mağazasında aparılan yoxlama zamanı texniki vasitələrdən HVZ 0031 istifadə edilməklə müəssisədə foto və video çəkiliş həyata keçirilmiş, X12 mağazada sahiklarlıq fəaliyyəti ilə məşğul olaraq ərzaq məhsullarının satışını həyata keçirir. İşdə olan 14 saylı Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəxs vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə xx.xx.2022-ci il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********432600 nömrəli) aidiyyəti üzrə 14 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.2022-ci il tarixli Şəxs ərizəsinə əsasən fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. İşdə olan 14 saylı Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, vergi ödəyicilərinin fəaliyyətinin dayandırılması barədə xx.xx.2022-ci il tarixli müraciətə (AVİS qeydiyyatı: 26 12.2022-ci il tarixli **********832300 nömrəli) aidiyyəti üzrə 14 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki. Şəxs (VÖEN **********) fəaliyyəti 04.11,2022-cı il tarixdən xx.xx.2027-ci il tarixədək, X5 (VÖEN **********) fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması vergi orqanı tərəfindən müəyyən edilmişdir. Odur ki, X5 fəaliyyəti yenidən xx.xx.2022-cı il tarixdən aktivləşdirilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyıcilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xata haqqında protokoldan görünür ki, Şəxs məxsus Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən ərzaq satışı mağazasında keçirilməsi 24-26 oktyabr 2022-ci ildə nəzərdə tutulan yoxlama xx.xx.2022-ci il tarixdə nəzərdə tutulmuş yoxlama xx.xx.2022-ci il tarixədək dayandırılmış, xx.xx.2022-ci il tarixdə keçirilən yoxlamaya şərait yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqda protokol tərtib edilmiş şəxsin izahatını, şahidlərin ifadəsini dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Şəmkir şəhəri 20 Yanvar küçəsində fəaliyyət göstərdiyi ərzaq mağazasında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş və qanuni tələblərinin yerinə yetirilməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Məhkəmə Şəxs mağazanı atası Nizami Həsənov tərəfindən işlədilməsi və onun həmin ərazaq mağazası ilə bağlılığı olmaması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, mağaza və həmin mağazada olan mal qalığı, kassa aparatı qanuna müvafiq qaydada təhvil-təslim edilməmiş, xx.xx.2022-ci il tarixdə qeyd edilən mağazada sahibkarlıq fəaliyyəti, səlahiyyəti qanunvericiliklə müəyyən edilməmiş qaydada əldə etməmiş şəxs tərəfindən idarə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin əməkdaşları yoxlama keçirmək istədikləri tarixdə, xx.xx.2022-ci il tarixdə Şəxs adına aktıv olan VÖEN olmadığı üçün vəzifəli şəxs hesab edilmir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə inzibati cərimə tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs fiziki şəxs olaraq İXM-in 544.1-ci mаddəsi ilə təqsirli bilinib, cərimə tənbehi tətbiq edilməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73, 114,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar