Məhkəmə qərarları › İş №3(076)-489/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-489/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-489/2025 02.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi ilə Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X1 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsi ilə xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli və 346.2–ci maddəsi ilə xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası DİN–in BDYPİ–nin 327.1-1–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli və 346.2–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025ci il tarixində etibarnamə əsasında idarə etdiyi 77YR657 dövlət nömrə nişanlı Nissan Note markalı avtobili idarə edərkən İXM-nin 327.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 100 manat cərimə edilməklə bu barədə xx.xx.2025-ci il tarixli EQ27854607 saylı Protokol tərtib olunmuşdur. Həmin protokolun əsasında xx.xx.2025-ci il tarixində qərar verilmiş və həmin tarixdə də elektron sistemə yerləşdirilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixində etibarnamə əsasında idarə etdiyi 77YR657 dövlət nömrə nişanlı Nissan Note markalı avtobili idarə edərkən İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 40 manat cərimə edilməklə bu barədə xx.xx.2025-ci il tarixli EQ27854606 saylı Protokol tərtib olunmuşdur. Həmin protokolun əsasında xx.xx.2025-ci il tarixində qərar verilmiş və eyni tarixdə elektron sistemə yerləşdirilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, həmin qərar ləğv edilməklə o inzibati məsuliyyətdən asad edilməlidir. Belə ki, əlavə olunmuş sənədlərə əsasən müəyən olunur ki, hadisə elektron vasitə ilə qeydə alınmaqla qərar 11 (on bir) gün sonra verilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli və xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarlarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər, bunun səbəbləri barədə məlumat verilməmişlərdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan portal çıxarışlarından görünür ki, Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında elektron qərara əlavə edilmiş və inzibati xəta hadisəsinə dair fotoçəkilişdən görünür ki, X3 77YR657 dövlət nömrə nişanlı Nissan Note markalı avtomobil ilə hərəkətdə olarkən ümumi istifadəli nəqliyyat vasitələrinin dayanacaq meydaçasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxlamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İşdə olan xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli inzibati xəta haqqında elektron qərara əlavə edilmiş və inzibati xəta hadisəsinə dair fotoçəkilişdən görünür ki, X3 77YR657 dövlət nömrə nişanlı Nissan Note markalı avtomobil ilə hərəkətdə olarkən “X2” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2 və 327.1-1-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, qərar qəbul edən orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Belə ki, AR İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “X2” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İV-cü hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda nəqliyyat vasitələrini dayandırmaq qadağandır. AR İXM-nin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. AR İXM-nin 327.1-1-ci maddəsinə əsasən “X2” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in BDYPİ-nin X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli və 346.2–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarları əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133– 136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN–in BDYPİ-nin xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli və xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarlarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in BDYPİ-nin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854607 nömrəli və 346.2–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 27854606 nömrəli inzibati xəta haqqında iş üzrə qərarları dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar