Məhkəmə qərarları › İş №3(076)-49/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-49/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-49/2024 15.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Şəmkir RPŞnin İTB-nin polis sahə rəisi, polis leytinantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə (taksi fəaliyyəti) məşğul olan, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytinantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* və ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində ucadan söyünclər söyərək içtimai qaydanı pozmuş və bu zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytinantı X8 izahatında göstərdi ki, Şəxs ilə bağlı raport yazmış polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 21:15 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxsin ucadan ünvansız nəlayiq ifadələr işlətdiyini görüb, bu zaman polis əməkdaşları onu nizam intizama dəvət etməsinə baxmayaraq o öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır. O, taksi fəaliyyəti ilə məşğul olur və qazanc əldə edir. Maşında yaranan nasazlıqın aradan qaldırılması üçün maşını Şəmkir rayonu Dəllər qəsəbəsindəki profaktoriyaya yaxınlaşıb ustadan onun avtomobilini təmir etdirməsini xahiş etmişdir. Usta axşam hazır olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 21:15 radələrində profaktoriyaya yaxınlaşıb, maşının hazır olmadığını biləndə, o əsəbi olduğu üçün avtomobilin təkərinə təpik vuraraq ucadan nalayiq sözlər işlətmişdir. Bu zaman 2 nəfər şəxsin mülki geyimdə ona yaxınlaşıb özlərini Şəmkir RPŞ-nin əməkdaşları olduqlarını söyləyib, onun qanunsuz hərəkətlər etdiyini söyləyib söyüş söyməməsini bildirmişlər. O, daha nalayiq ifadələr işlətməmişdir. Onlar da onu qanuni tədbir görülməsi üçün Şəmkir RPŞ–nə gətirmişlər. Praflaktoriyanın həyəti daş hasarla əhatə olunmuşdur, o ora yaxınlaşanda bircə qarovul olmuşdur, orada başqa heç kəs olmamışdır. Onun şəxsi problemləri və atası xəstə olduğu səbəbindən və onun yeganə qazanc mənbəyi maşın olduğu üçün əsəbi olmuş, özünə hakim ola bilməmiş, əməlindən peşman olmuşdur, bir də belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən barəsində olan inzibati iş üzrə qərar qəbul edilərkən söylədiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili X5 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saat 9-10 radələrində o, Şəmkir RPŞ-nin CAB polis baş leytenantı X6 ilə birlikdə xidməti işləri ilə əlaqədar Şəmkir rayonu Dəllər qəsəbəsində olan avtomobil təmir edilməsi üçün nəzərdə tutulan profaktoriyaya yaxın ərazidə olmuşlar, həmin vaxt profaktoriyadan səs küy gəldiyini eşidib yaxınlaşmışlar. Həmin vaxt Şəxs avtomobil təmiri sexlərinin qarşısında ucadan nalayiq ifadələr işlətməsini görmüşlər, həmin yerdə digər şəxslər olmuşdur, avtomobil təmiri yerinin qapısı açıq olmuşdur. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib nalayiq ifadələr işlətməməsini bildirib, nizam itizama dəvət etmişlər. Lakin Şəxs yenə də söyüş söyməkdə davam etmiş, onların qanuni tələblərinə məhəl qoymamışdır. Bundan sonra onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB polis baş leytenantı X6 şahid Şəmkir RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili X2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə hüquqları saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi Şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və Şəmkir RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli hüquqlarının faktiki qaydada məhdudlaşdırıldığı xx.xx.2024-cü il tаrixdən, saat 22:00-dan hesablansın. Qərаrın icrаsı Şəmkir rayon X3 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar