Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-501/2024 29.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə “Şəmkir Rayon Təsərrüfat X1”-nın Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 210.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola görə, 27 fevral 2024-cü il tarixdə Şəmkir şəhəri, S.Qazıyeva küçəsində “Şəmkir Rayon Təsərrüfat X1”da lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Bundan başqa, 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola görə, 27 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Şəmkir Rayon Təsərrüfat X1”da lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, “Şəmkir Rayon Təsərrüfat X1” tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, icraatda olan 3(076)-501/2024 saylı və 3(076)-502/2024 saylı inzibati işlər birləşdirilməli, işə 3(076)-502/2024 nömrə ilə vahid nömrə verilməli, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : “Şəmkir Rayon Təsərrüfat X1”nın barəsində tərtib edilmiş 18 aprel 2024-cü il tarixli MN ******* saylı və 18 aprel 2024-cü il tarixli MN ******* inzibati xəta haqqında protokollar üzrə 3(076)-501/2024 saylı və 3(076)-502/2024 saylı inzibati işlər 3(076)-502/2024 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-501/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-501/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver