Məhkəmə qərarları › İş №3(076)-502/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-502/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-502/2024 29.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan: “Şəmkir Rayon Təsərrüfat X1”nın nümayəndəsi Nümayəndə iştirakı ilə “Şəmkir Rayon Təsərrüfat X1”-nın Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 210.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinə “Şəmkir Rayon Təsərrüfat X1”nın barəsində Azərbaycan Respublikası İXM–nin 210.1–ci maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olmuşdur. 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola görə, 27 fevral 2024-cü il tarixdə Şəmkir şəhəri, S.Qazıyeva küçəsində “Şəmkir Rayon Təsərrüfat X1”da lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Bundan başqa, 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola görə, 27 fevral 2024-cü il tarixdə Şəmkir şəhəri, N.Nərimanov küçəsi, ev 56 ünvanında yerləşən “Şəmkir Rayon Təsərrüfat X1”da lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə iclası zamanı “Şəmkir Rayon Təsərrüfat X1” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı protokolun dəlillərini qəbul etməyərək izahatında göstərdi ki, “Şəmkir Rayon Təsərrüfat X1” 1999-cu il tarixdən fəaliyyətə başlamış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə X2 tərəfindən 22 yanvar 1999-cu il tarixdə qeydiyyat şəhadətnaməsi verilmiş, əsas fəaliyyət növləri yaşayış və iş yerindən asılı olmayaraq yaşlı əhaliyə müəssisədə ixtisaslaşdırılmış konsultativ və müalicəvi yardımın göstərilməsi, səhiyyə-maarifçilik tədbirlərinin həyata keçirilməsi, əhaliyə ambulator-poliklinik yardımın təşkili müəyyən edilmişdir. Həmin şəhadətnamə ilə poliklinikanın mülkiyyət forması dövlət mülkiyyəti, təşkilatı-hüquqi forması isə dövlət müəssisəsi kimi müəyyən edilmişdir. Mövcud qanunvericilikdə dövlət müəssisələrində lisenziya tələb olunması nəzərdə tutulmamışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əsassız şəkildə “Şəmkir Rayon Təsərrüfat X1”-nın barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 210.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, həmin maddənin dispozisyasında da lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi “Şəmkir Rayon Təsərrüfat X1”da özəl tibbi fəaliyyətlə məşğul olunmadığı halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən hazırda hər iki protokolun dəlillərini qəbul etmir və “Şəmkir Rayon Təsərrüfat X1” tərəfindən hər hansı inzibati xəta hadisəsi törətdilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 8/4-31 saylı Dövlə Qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə X2 tərəfindən 22 yanvar 1999-cu il tarixdə “Şəmkir Rayon Təsərrüfat X1”ya qeydiyyat şəhadətnaməsi verilmiş, həmin şəhadətnamə ilə poliklinikanın mülkiyyət forması dövlət mülkiyyəti, təşkilatı-hüquqi forması isə dövlət müəssisəsi kimi müəyyən edilmişdir. Həmçinin, poliklinikanın əsas fəaliyyət növləri yaşayış və iş yerindən asılı olmayaraq yaşlı əhaliyə müəssisədə ixtisaslaşdırılmış konsultativ və müalicəvi yardımın göstərilməsi, səhiyyə-maarifçilik tədbirlərinin həyata keçirilməsi, əhaliyə ambulator-poliklinik yardımın təşkili müəyyən edilmişdir. İşdə olan Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Şəmkir Rayon Təsərrüfat X1” xx.xx.1998–ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.1999–cu il tarixdə ********* VÖEN, xx.xx.2005–ci il tarixdə ********** VÖEN verilmiş, mülkiyyət növü dövlət mülkiyyətidir, əsas fəaliyyət növü xüsusi və ümumi xarakterli diş həkimi xidmətləridir, obyektləri ünvan 2 ünvanında və ünvan 3karlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, N.Nərimanov küçəsi, ev 56 ünvanında yerləşən “Şəmkir Rayon Təsərrüfat X1”da xx.xx.2024–xx.xx.2024–cü il tarixdə növbədənkənar operativ vergi nəzarəti yoxlamasının aparılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 031679 saylı Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 14 saylı Ərzai Vergilər İdarəsi tərəfindən Şəmkir şəhəri, N.Nərimanov küçəsi, ev 56 ünvanında yerləşən “Şəmkir Rayon Təsərrüfat X1”da operativ vergi nəzarəti yoxlaması keçirilmiş, əhali ilə nağd pul hesablaşmalarının aparılması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 002732 saylı Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 14 saylı Ərzai Vergilər İdarəsi tərəfindən Şəmkir şəhəri, N.Nərimanov küçəsi, ev 56 ünvanında yerləşən “Şəmkir Rayon Təsərrüfat X1”da operativ vergi nəzarəti yoxlaması keçirilmiş, poliklinikada nağdsız ödənişlərin aparılması üçün post-terminalın olmaması müəyyən edilmişdir. İşdə olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, S.Qazıyeva küçəsində yerləşən “Şəmkir Rayon Təsərrüfat X1”da xx.xx.2024–xx.xx.2024–cü il tarixdə növbədənkənar operativ vergi nəzarəti yoxlamasının aparılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 031705 saylı Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 14 saylı Ərzai Vergilər İdarəsi tərəfindən Şəmkir şəhəri, S.Qazıyeva küçəsində yerləşən “Şəmkir Rayon Təsərrüfat X1”da operativ vergi nəzarəti yoxlaması keçirilmiş, əhali ilə nağd pul hesablaşmalarının aparılması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 002738 saylı Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 14 saylı Ərzai Vergilər İdarəsi tərəfindən Şəmkir şəhəri, S.Qazıyeva küçəsində yerləşən “Şəmkir Rayon Təsərrüfat X1”da operativ vergi nəzarəti yoxlaması keçirilmiş, poliklinikada nağdsız ödənişlərin aparılması üçün post-terminalın olmaması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokola iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə X2 tərəfindən 22 yanvar 1999-cu il tarixdə “Şəmkir Rayon Təsərrüfat X1”ya qeydiyyat şəhadətnaməsi verilmiş, həmin şəhadətnamə ilə poliklinikanın mülkiyyət forması dövlət mülkiyyəti, təşkilatı-hüquqi forması isə dövlət müəssisəsi kimi, əsas fəaliyyət növləri yaşayış və iş yerindən asılı olmayaraq yaşlı əhaliyə müəssisədə ixtisaslaşdırılmış konsultativ və müalicəvi yardımın göstərilməsi, səhiyyəmaarifçilik tədbirlərinin həyata keçirilməsi, əhaliyə ambulator-poliklinik yardımın təşkili müəyyən edilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, “Şəmkir Rayon Təsərrüfat X1” tərəfindən Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 210.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı müəyyən edilməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, “Şəmkir Rayon Təsərrüfat X1”ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə X2 tərəfindən 22 yanvar 1999-cu il tarixdə qeydiyyat şəhadətnaməsi verilmiş, həmin şəhadətnamə ilə poliklinikanın mülkiyyət forması dövlət mülkiyyəti, təşkilatı-hüquqi forması isə dövlət müəssisəsi kimi müəyyən edilmişdir. Həmçinin, taxez.gov.az saytından əldə edilmiş Hüquqi şəxs haqqında məlumatla müəyyən edilir ki, “Şəmkir Rayon Təsərrüfat X1”nın mülkiyyət növü dövlət mülkiyyətidir. Qeyd olunan bu hallar “Şəmkir Rayon Təsərrüfat X1” ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1–ci maddəsinin tərkibi olmasını istina edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1–ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi həmin maddənin dispozisyasında lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Şəmkir Rayon Təsərrüfat X1”da isə özəl tibbi fəaliyyətlə məşğul olma halı müəyyən edilməmiş, əksinə poliklinikanın mülkiyyət formasının dövlət mülkiyyəti, təşkilatı-hüquqi formasının isə dövlət müəssisəsi olması müəyyən edilmişdir. Mövcud qanunvericilikdə isə dövlət müəssisələrində lisenziya tələb olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş “Şəmkir Rayon Təsərrüfat X1”nın təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan müvafiq aktlarla “Şəmkir Rayon Təsərrüfat X1”da əhali ilə nağd pul hesablaşmalarının aparılması və nağdsız ödənişlərin aparılması üçün post-terminalın olmaması müəyyən edilsə də, həmin hal vergi qanunvericiliyinin pozulması halıdır və vergi orqanı tərəfindən məsuliyyət məsələsinə baxıla bilər. Qeyd olunan hal, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılması və nağdsız ödənişlərin aparılması üçün post-terminalın olmaması özəl tibbi fəaliyyətlə məşğul olma kimi qiymətləndirilə bilməz. Bununla da, məhkəməyə “Şəmkir Rayon Təsərrüfat X1”nın barəsində Azərbaycan Respublikası İXM–nin 210.1–ci maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olsa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həmin poliklinikanın özəl tibbi fəaliyyətlə məşğul olması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, habelə iş materiallarında belə sübutların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə “Şəmkir Rayon Təsərrüfat X1”nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar