Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-503/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis X5 Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis X5 Bölməsində tərtib olunmuş protokola baxılması üçün 13 aprel 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli və 13 aprel 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə tarixdə Şəmkir rayonu Kür qəsəbəsində mərkəzi yerdə ünvansız nalayiq ifadələr işlədərkən polis əməkdaşları tərəfindən nizam intizama dəvət edilsə də polisin qanuni tələbini pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis X5 Bölməsinin sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə şəxsiyyəti bizə sonradan məlum olan Şəxs adlı şəxsin qəsəbənin mərkəzində yerləşən bazarın qarşısında sərxoş vəziyyətdə ucadan ünvansız nəlayiq söyüşlər söyməklə vətəndaşların gediş-gəlişinə maneçilik törətdiyinə görə ona yaxınlaşıb özülərini təqdim edərək qanunsuz hərəkətlərinə son qoymağı tələb etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməklə onlara qarşı kobudluq etmişdir. Onu polis bölməsinə dəvət etsələr də o gəlməkdən qəsdən boyun qaçıraraq vətəndaşların haqlı narazılığına səbəb olan hüquqa zidd olan əməllərini davam etdirmişdir. Bu səbəbdən Şəxs məcburi qaydada X6 gətirilmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, bir neçə müddətdir ki, Bakı şəhərinin müxtəlif yerlərində maşınlara nəzarət edərək dolanır. Sonuncu dəfə Ağır Cinayətlər məhkəməsinin qarşısında bu işlə məşğul imiş. Ora yaxın SPAR də maşınlarına nəzarət edirəm. Həm də oranın qarşısını süpürür. Gündəlik qidalanmağı SPAR market təmin edir. Gecələr 3-cü mikrorayon dairəsinə yaxın hosteldə qalır. Gündəlik 2 ya 4 manat ödəyir. Əvvəllər oğurluq və soyğunçuluqla məhkumluğu olmuşdur. Çoxdandı Qaracəmirliyə ata evinə getmirmiş. xx.xx.2023-cü ildə Şəımkirə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 9-10 radələrində Qaracəmirli kəndində yerləşən evindən çıxaraq Kür qəsəbəsinə gəlmişdir. Özüdə niyə gəldiyini dəqiq bilmir. Sadəcə darıxırmış. Dünən gecədən spirtli içki qəbul etmişdir. Onun təsirindən çıxa bilmədiyini görüb Kür qəsəbəsindəki marketlərin birində 250 ml ölçüdə vodka-spirtli içki almış və içmişdir. Bazarın qarşısına gəlmiş və spirtli içkinin təsirindən özündən çıxmışdır. Nəlayiq ifadələr işlətməyə bşlamışdır. Yadındadır ki, küçədə olanlardan tanımadığı bir kişi və bir qadın ona yaxınlaşmış və sərt şəkildə söyüş söyməməyi bildirmişlər. Lakin o, onlarda sərt şəkildə ondan əl çəkmələrini bildirmişdir. Biraz keçmişdi ki, polis əməkdaşları ona yaxınlaşmış və ondan sakitləşməyi tələb etmişlər. Lakin o sakitləşməmiş və onu məcburi qaydad polis bölməsinə gətirmişlər. Əməlindən peşmandır, göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs Şəmkir rayonu Kür qəsəbəsində mərkəzdə yerləşən bazrın qarşısında sərxoş vəziyyətdə ünvansız nəlayiq söyüşlər söyüb səsy küy saldığından və polisin qanuni tələbinə tabe olmadığından barəsində qanuni tədbir görülməsi üçün Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 13 aprel 2023-cü il tarixdə saat 16:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi inzibati xəta haqqında protokol, şahidlərin izahatı və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində mərkəzdə yerləşən bazrın qarşısında sərxoş vəziyyətdə ünvansız nəlayiq söyüşlər söyüb səsy küy saldığından xırda xuliqanlıq etmiş, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq inztizama dəvət edərək ictimai qaydanı pozmamasını bildirsə də Şəxs həmin vaxt polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 13 aprel 2023-cü il tarixdən saat 16:45- dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-503/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-503/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver