Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-510/2025 22.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı protokola və əlavə edilmiş sənədlərə əsasən, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yaşayan Zərərçəkmiş şəxs1 Şəmkir RPŞ-nin Zəyən PB-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Zəyəm- Cırdaxan kəndində Azərbaycan Beynəlxalq Bankına məxsus ATM-dən (bankomatdan) qızı Zərərçəkmiş şəxs2 məxsus 4127 2211 0821 0511 nömrəli plastik kartdan əmək haqqını çıxartması üçün plastik kartı Şəxs vermiş, sonuncu Zərərçəkmiş şəxs1 gizli olaraq 470 (dörd yüz yetmiş) manat pulu plastik kartdan çıxardaraq dələduzluq yolu ilə əldə etmişdir. xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs1 470 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi barədə bölməyə müraciət etmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahat verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən 1 il 8 ay olar ki, o Şəmkir rayonu Zəyəm- Cırdaxan kəndində yerləşən Oba marketdə satıcı vəzifəsində çalışır. Həmçinin onu da qeyd edir ki, Oba marektə bitişik Azərbaycan Beynəlxalq Bankına məxsus bankomat vardır. Oba marketdə satıcı olan zaman tanımadığı yaşlı adamlar müxtəlif vaxtlarda mağazaya gələrək ondan ABB bankına məxsus bankomatdan pul çıxarmasını xahiş etdikdə o tanımadığı şəxslərin pul kartlarını alıb çıxarmışdır. Lakin Zərərçəkmiş şəxs1 ona pul kartı verib verməməsi yadında qalmamışdır. Həmçinin həmin şəxsi tanımır. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. O, qeyd edir ki, onun 1-ci qrup əlili olan xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 adlı qızı var. Qızı Vəfa əliliklə əlaqədar 470 manat təqaüd alır. Qızı Vəfa onun himayəsindədir və o, saxlayır. xx.xx.2025-ci il tarixdə o, qızı Vəfanın təqaüdünü almaq üçün Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndinə kəndin mərkəzinə gəlmişdir. Həmin vaxt növbə olduğu üçün o, bir qədər gözləyəsi olmuşdur. Qabaq növbədə olan tanımadığı şəxsdən onun pulunu çıxarmasını xahiş etdikdə tanımadığı şəxs kartı ondan alıb bankomata salıb çıxardıqdan sonra kartda pul olmamasını ona bildirmişdir. Daha sonra o, evə çıxıb gəlmişdir. Bir müddət bayram tətili olduğu üçün o, heç bir məlumat ala bilməmişdir. Bayram tətili bitdikdən sonra pensiya ilə əlaqədar dövlət sosial müdafiə fondunun Şəmkir rayonu filialına gəlib pensiyaların köçürülməsini soruşduqda həmin idarənin əmakdaşların pulun köçməsini bildirmişdilər. Daha sonra Azərbaycan Beynəlxalaq Bankına yaxınlaışıb pulunun köçməməsini soruşduqda bankın əmakdşları pulun çıxarılmasını bildirmişdilər. Bundan sonra bankdan 4127 22110821 0511 saylı bank kartından çıxarış əldə etdikdə bank əmakdaşları ona xx.xx.2025-ci il tarixdə kartından 470 manat pulun çıxarılması barədə ona çıxarış təqdim etmişdilər. O, bundan sonra xx.xx.2025-ci il tarixdə olmuş hadisə barədə Zəyəm PB-nə gələrək ərizə ilə müraciət etmişdir. Xeyr, onun heç bir banka kredit borcu yoxdur. Ona məxsus ABB Bank təqaüd kartı ondan başqa kimdəsə olmamışdır. İş materiallarına əlavə edilmiş 19 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Zəyəm- Cırdaxan kəndində Azərbaycan Beynəlxalq Bankına məxsus ATM-dən (bankomatdan) qızı Zərərçəkmiş şəxs2 məxsus 4127 2211 0821 0511 nömrəli plastik kartdan əmək haqqını çıxartması üçün plastik kartı Şəxs vermiş, sonuncu Zərərçəkmiş şəxs1 gizli olaraq 470 (dörd yüz yetmiş) manat pulu plastik kartdan çıxarmaqla AR İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 16 may 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” Şəmkir filialından daxil olmuş və təhqiqat materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli 48 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ABB bank kartından əməliyyat edən şəxsin Şəxs olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilərkən məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus kartı Şəxs bamkomata daxil etmiş, daha sonra kartı Zərərçəkmiş şəxs1 özünə geri vermişdir. Diskdən pulun Zərərçəkmiş şəxs1 verilməsini müəyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinin qeyd hissəsinə əsasən bu məcəllənin 227ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün izahatı, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, onun yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-510/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-510/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver