Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-519/2024 30.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin protokolun və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X2 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2024–cü il tarixdə idarə etdiyi Chevrolet Malibu markalı 77–AU–457 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Neapol küçəsində hərəkətdə olarkən yol patrul xidmətinin inspektoru onun avtomobilini saxlatmış və düz xəttin üzərindən keçməsini bildirmişdir. O, avtomobildən düşüb yerə baxdıqda düz xətt işarəsi görməmiş, yalnız maksimum dərəcədə diqqətlə baxanda nə vaxtsa yolda düz xəttin olmasını müşahidə etmişdir. Bundan sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarın dəlillərini qəbul etmir. Belə ki, hərəkətdə olduğu küçədə düz xətt olması gözlə görünən şəkildə mövcud olmamış, avtomobil idarə edərkən həmin düz xəttin açıq gözlə görünməsi mümkünsüz olmuşdur. Yəni, nə vaxtsa–demək olar ki, uzun müddət əvvəl yola çəkilmiş düz xətt rəngini tamamilə itirmiş və görünməz hala düşmüşdür. Hesab edir ki, o, qərəzli şəkildə həmin xəttin üzərindən keçməmiş, nəticədə hər hansı inzibati xəta hadisəsi törətməmişdir. Ona görə də həmin protokolu və qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024–cü il tarixdə idarə etdiyi Chevrolet Malibu markalı 77–AU–457 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Neapol küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə o, həmin maddələrlə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–356–cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsi xx.xx.2024-cü il tarixdə X1 idarə etdiyi avtomobili düz xəttin üzərindən keçməsi əsaslı ilə saxlamış və Sənan Əmirxanovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri ilə xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin həmin qərarda Sənan Əmirxanovun hansı məbləğdə inzibati cərimə edilməsi göstərilməmişdir. Beləliklə, məhkəmə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında müəyyən etdi ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri ilə xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilsə də, Sənan Əmirxanov tərəfindən məhz İXM–nin 342.5, 327.7 və 327.2–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. İş materiallarında xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərar vardır ki, həmin qərarda Sənan Əmirxanovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri ilə təqsirli bilinməsi qeyd edilsə də, onun hansı məbləğdə inzibati cərimə edilməsi göstərilməmişdir. Bu hal isə ona dəlalət edir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar natamamdır. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri ilə təqsirli bilinib inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri ilə təqsirli bilinib inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 327.7 və 327.2–ci maddələri ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-519/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-519/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver