Məhkəmə qərarları › İş №3(076)-52/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-52/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-52/2025 06.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş X2 və şikayətçi X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Kəpəz rayonu YPX-nin Polis inspektoru Polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Kəpəz rayonu YPX-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kəpəz Yol patrul xidmətinin inspektoru, polis seriantı X4 xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilmişdir. Kəpəz Yol patrul xidmətinin inspektoru, polis seriantı X4 xx.xx.2025-ci il tarixli qərarı ilə razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, bir tərəfli araşdırılma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmiş, yol hərəkət qaydalarına uyğun avtomobili idarə etmiş və Yol patrul xidmətinin inspektoru tərəfindən onun həmin inzibati xətanı törətməsini təsdiq edən sübutlar vidoe görüntü və ya digər sənədlər təqdim edilməmişdir. Lakin buna baxmayaraq sonradan heç bir əsas olmadan qeyri-qanuni onun barəsində inzibati xəta törətməyi ilə bağlı qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində Azərbaycan respublikası İXM-nin müvafiq maddələrini rəhbər tutub, məhkmədən Kəpəz Yol patrul xidmətinin inspektoru, polis seriantı X4 tərəfin tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN BDYPB-nin Kəpəz rayonu YPX-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş inzibati xəta haqqında protokolu tərtib etmiş X4 bildirdi ki, Gəncə şəhərində **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil AR İXM-nin 327.2-ci maddəsində göstərilən tələblərə əməl etmədən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməyən yolda, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olmuş, sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol vermədən hərəkət davam etdirilməlidir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Kəpəz rayonu YPX-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları və iş materiallarına əlavə edilmiş video diskdən görünür ki, “X9- Cruser” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dairəvi hərəkət təşkil olunmuş yolayrıcında X5 dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməyərək hərəkətə davam edir. Bu zaman polis serjantı X1 Nofəl İsmayıl oğlunun idarə etdiyi avtomobili saxlayaraq ona inzibati xəta etməsi barədə məlumat vermiş və barəsində protokol tərtib etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 7-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Həmin qaydalarla bağlı məhkəmə qeyd edir ki, dairəvi yol nişanları (4.3 nişanı) dairəvi yolun möcudluğunu göstərən yol nişanlarıdır ki, həmin nişanlar sürücülərə dairəyə yaxınlaşdıqlarını və dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməli olduqlarını bildirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Kəpəz rayonu YPX-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Kəpəz rayonu YPX-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar