Məhkəmə qərarları › İş №3(076)-521/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-521/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-521/2023 02.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Şəmkir rayon YPX inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Qazaxıstan Respublikası Ermak şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ödənilmiş, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333.1-ci maddəsi ilə Şəmkir RPŞdən daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəmkir RPŞ YPX inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:09-da VAZ 21074 Minik markalı 99UC616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında proptokol tərtib etmiş Şəmkir RPŞ YPX inspektoru, polis serjantı X2 izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə polis nəfəri X4 ilə xidmətdə olan zaman saat 16:00 radələrində VAZ 21074 Minik markalı 99UC616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü tərəfindən manevr qaydası pozulduğu üçün tərəflərindən saxla əmri verilmişdir. O, nəqliyyat vasitəsinə yaxınlaşmış və bu zaman avtomobildən narkotik vasitənin iyi gəlmiş və sürücünün gösləri qızarmış halda olmuşdur. O, sürücü Şəxs norkotik vasitə qəbul edib-etməməsini soruşduqda, sürücü Şəxs norkotik qəbul etdiyini bildirmişdir. Bundan sonra sürücü Şəxs həkim tərəfindən müayinə edilərkən narkotik vasitə olan marixuana istifadə etməsi aşkarlanmışdır. Qeyd edilənləri nəzərə alınaraq sürücü barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində VAZ 21074 Minik markalı 99UC616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəmikr rayonu ərazisində idarə edərkən Şəmkir RPŞ YPX inspektoru tərəfindən saxlanılmış və ondan narkotik vasitə qəbul edib-etməməsini soruşmuş, o da narkotik qəbul etdiyini bildirmişdir. Belə ki, həmin gün Şəmkir rayonu Dəllərə qəsəbəsinə gedərkən yolda qazi götürmüş, avtomobildə qazi narkotik vasitə olan marixuana çəkmiş, o da həmin narkotikdən istifadə etmişdir. Hazırda əməlindən peşiman olmasını nəzərə alınaraq barəsində cərimə növündə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ YPX-nin polis baş serjantı X4 şahid Şəmkir RPŞ YPX inspektoru, polis serjantı X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 1082/2023 nömrəli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinədən keçirilmiş və onda sidikdə narkotik vasitəsinin birmomentli immunoxromosrofik test xətti üsulu ilə müayinə zamanı THC (marixuana)aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi onun inzibati xəta ilə bağlı təqsirini etiraf etməsi ilə yanaşı iş materialları ilə tam sübuta yetir. Şəxs əməli Şəmkir RPŞ YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və tətbiq ediləcək tənbehin onun ailəsinə təsirini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar