Məhkəmə qərarları › İş №3(076)-521/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-521/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-521/2024 15.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-5004 saylı icra qeydi üzrə yaranmış cəmi 2150 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-5004 saylı icra qeydinə əsasən borclu Şəxs Şəmkir rayon 1 saylı Notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, 3M-582 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5500 manat məbləğində borc və 25 manat dövlət rüsumu tutulub tələbkar X4 ödənilməsi qərara alınmışdır. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs cəmi 2150 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu tələbkara 400 manat ödəmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, borclu Şəxs icra qeydi üzrə ona olan borcundan 400 manat ödəmiş, qalan borcu isə hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Odur ki, Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən borclunun barəsində olan hazırki inzibati işə xitam verilməsini etiraz etmədiyini bildirdi.Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-5004 saylı icra qeydinə əsasən borclu Şəxs Şəmkir rayon 1 saylı Notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, 3M-582 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5500 manat məbləğində borc və 25 manat dövlət rüsumu tutulub tələbkar X4 ödənilməsi qərara alınmışdır. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Belə ki, X4 olan borcundan 400 manat ödəniş etsə də, qalan borcunu ödəyə bilməmişdir. Hazırda həmin borcu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Bununla belə borcunu qısa zamanda ödəməyi öhdəsinə götürür. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-5004 saylı icra qeydindən görünür ki, borclu Şəxs Şəmkir rayon 1 saylı Notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, 3M-582 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5500 manat məbləğində borc və 25 manat dövlət rüsumu tutulub tələbkar X4 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəmkir rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-5004 saylı icra qeydi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə X4 olan borcundan 400 manat ödəniş etmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar