Məhkəmə qərarları › İş №3(076)-525/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-525/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-525/2025 23.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi: X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsi, ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22 may 2025-ci il tarixdə saat 03 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan X2 şəhəri, Füzuli Hüseynov küçəsi 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazaya daxil olaraq oradan ümumilikdə 25,71 manat dəyərində 4 ədəd GO, 7 ədəd JAGUAR markalı spirtli içkiləri, həmçinin 8 ədəd Bizon markalı spirtsiz içkiləri gizli olaraq talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, maddi cəhətdən çətinlik çəkir.xx.xx.2025-ci il tarixdə saat 03 radələrində darıxdığı və yata bilmədiyi üçün Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadığı evdən çıxmışdır və piyada Şəmkir şəhərinə doğru gəlmişdir. Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsinə çatdıqda isə susamış və nəsə içmək istəmişdir. Buna görə yaxınlıqda yerləşən “Oba marketin qarşısında olan soyuducuya yaxınlaşmışdır. Soyuducunun zəncirli qıfılla bağlı olduğunu görüb qolu ilə əyib sındırmış və soyuducunun qapısını açmışdır. Əvvəlcə bir ədəd Bizon markalı spirtsiz energetik içki götürüb içmiş. Daha sonra isə digər GO və JAGUAR markalı spirtli içkiləri də götürüb getmək qərarına gəlmişdir. Ətrafda heç kəsin olmadığını görüb 4 ədəd GO, 7 ədəd JAGUAR markalı spirtli içkiləri və 8 ədəd BİZON markalı spirtsiz içkiləri soyuducudan götürmüş gətirdiyi paketə qoyub yerə düzmüşdür. Sonra isə onları bir-bir götürüb yaxınlıqda açıb hərəsindən az-az içərək zibil qabına atmışdır. Bundan sonra isə oraya mühafizə polisinin əməkdaşları yaxınlaşmış və o, polis şöbəsinə gətirilmiş və orada müvafiq izahatı alınmışdır. İzahatının sonunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-nin müdiri vəzifəsində işləyir.Barəsində şikayət etdiyi şəxsi tanımır. xx.xx.2025-ci il tarixdə saat 02 radələrində mağazada satıcı-kassir işləyən Adil Əsədov mağazanı bağlayıb getmişdi. Həmin gün saat 06:50 radəsində isə mağazaya gəlib açmaq istəyərkən çöldə mağazanın qarşısında əvvəlcədən qoyulmuş və mağazaya məxsus soyuducunun dəmir zəncirlə bağlı olan qıfılının sındırılmış vəziyyətdə olmasını aşkar etmişdir. Soyuducunu açıb baxarkən isə spirtli və spirtsiz içkilərin bəzilərinin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra isə mağazanın müşahidə kameralarına baxış keçirmiş və 1 nəfər orta yaşlı oğlanın gecə saat 05 radələrində soyuducuya yaxınlaşaraq qıfılı sındırdığını, soyuducudan isə 4 ədəd GO markalı, 7 ədəd JAGUAR markalı spirtli içkiləri, eyni zamanda 8 ədəd BİZON markalı spirtsiz içkiləri oğurladığını müəyyən etmişdim. Bundan sonra isə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və ərizə ilə Şəmkir RPŞ-nə müraciət etmişdir. Hal- hazırda dəymiş ziyan ödənilməmişdir. Şəxs qarşı şikayətçi olduğunu bildirərək, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Şəmkir rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3-də yaşayan X3 ərizə ilə Şəmkir RPŞ-nə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 05 radələrində naməlum şəxsin rəhbərlik etdiyi Oba marketin qarşısında qoyulmuş soyuducunun qıfılını sındıraraq oradan 8 ədəd Bizon markalı spirtsiz içki, 4 ədəd GO, 7 ədəd JAGUAR markalı spirtli içkiləri oğurladığını bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.Zərərçəkmiş şəxs X1 müracəti əsasında aparılan araşdırmalar nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı alınmış və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Şəmkir rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Şəmkir Rayon Polis Şöbəsinin baş təhqiqatçısı Salman Atayev tərəfindən qəbul edilmiş 23 may 2025-ci il tarixli qərardan görünür ki, X1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş 23 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin maddənin 28.3-1-ci bəndində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49- 51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə Şəmkir rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar