Məhkəmə qərarları › İş №3(076)-526/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-526/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-526/2024 30.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Yol hərəkəti qaydası zamanı müəyyən edilmiş cərimənin silinməsi barədə X4 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: X4 iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə olan 80 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər X3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1–ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2–ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qeyd olunan qanun normalarında inzibati xətalar haqqında işlər üzrə qərarlardan, barəsində qərar çıxarılmış şəxs tərəfindən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası İXM–nin 134.1.5–ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5–2–ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzfəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qanunun bu tələbinə baxmayaraq, X1 orqanın qərarından şikayət verməmiş, qanunvericilikdə nəzərdə tutulmayan iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə olan 80 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ərizəçinin həmin müraciəti ilə prosessual qaydalara əməl edilməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə qeyri–müəyyən şəkildə məhkəməyə verilmişdir. Həmçinin, X4 hansı orqanın qərarından şikayət etməsini konkret olaraq göstərməmiş, bununla da məhkəmə hansı qərarın mübahisələndirilməsini müəyyən edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə onu vermiş şəxsə qaytarılmalı və ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM–nin 128 və 135–ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Yol hərəkəti qaydası zamanı müəyyən edilmiş cərimənin silinməsi barədə X4 tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. X3 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar