Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-53/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs MMC-nin nümayəndəsi: X1 iştirakı ilə Şəxs MMC-nin (hüquqi ünvanı: ünvan 1ası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 430.4–cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola görə Şəxs MMC 22050.00 Avro məbləğində məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022–ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2022-ci il tarixdə ölkə xaricinə köçürülmüş 22050 ABŞ dolları məbləğində vəsait xx.xx.2023-cü il tarixdə MMC-nin hesabına geri qaytarıldığını bildirmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, o, cəmiyyətin təsisçisidir, cəmiyyət xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, hazırki vaxtadək fəaliyyətində inzibati xəta hadisəsinə yol verilməmişdir, Azərbaycan Respublikasının Mərkəzi Bankı 22050.00 avro məbləğində vəsaiti xx.xx.2022–ci il tarixdə xaricə köçürmələri və 2 il müddət keçsə də, 22050.00 avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmələri, valyuta vəsaitini geri qaytarmamaları barədə protokol ilə tanış olmuşlar, bildirir ki, protokol əsassızdır, belə ki, protokolda qeyd edilən vəsait xx.xx.2022–ci il tarixdə xarici şirkətin hesabına avans olaraq köçürülmüş, lakin xarici şirkət tərəfindən mallar Azərbaycan Respublikasına göndərilə bilmədiyindən həmin avans xx.xx.2022-ci il tarixdə xarici şirkət tərəfindən müvəkkil bank olan "xxxx" ASC-də olan Şəxs MMC-nin hesabına geri ödənilmişdir. Odur ki qeyd etdiklərini nəzərə alaraq təsisçisi olduğu Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “X5” LTD MMC tərəfindən 22050.00 avro məbləğində vəsait xx.xx.2022-ci il tarixdə müvəkkil bank vasitəsilə “İmpulsio Commerce Limited”-in hesabına ( Çex Respublikası) ödənilmişdir. xx.xx.2023-cü il tarixdə isə avans kimi ödənilmiş 22315 Avro məbləğində vəsait “X5” LTD MMC-nin hesabına geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Hazırki vəziyyətdə Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması istisna edilir. Belə ki, avans kimi “X5” LTD MMC tərəfindən “İmpulsio Commerce Limited”-ə göndərilmiş 22050 Avro məbləğində vəsait sonradan “X5” LTD MMC-nin Azərbaycan Respublikasında müvəkkil banlda qeydə alınmış bank hesabına geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim; Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-53/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-53/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver