Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-536/2025 26.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs xx.xx.1987 -ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir şəhəri, Müslüm Maqomayev küçəsi, ev 2 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2555/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il tarixli TOP 11057 saylı alqı-satqı müqaviləsinə əsasən 3287 ABŞ dolları və 300 ABŞ dolları cərimə olmaqla cəmi 3587 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat olaraq cavabdeh Şəxs alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2555/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Hazırda qalıq borcu 3587 ABŞ dolları və 30 manat təşkil edir. Belə ki, borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2555/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il tarixli TOP 11057 saylı alqı-satqı müqaviləsinə əsasən 3287 ABŞ dolları və 300 ABŞ dolları cərimə olmaqla cəmi 3587 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat olaraq cavabdeh Şəxs alınıb iddiaçı "xxxx" MMCyə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildirişlər ona təqdim edilmişdir.Rəsmi iş yeri yoxdur,hazırda maddi cəhətdən çətinlik çəkir, borcunu müəyyən müddət ərzində ödəyəcəyinə söz verir. Odur ki, borcu ödəməkdən qərəzli yayınmadığından barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-2555/2014 saylı, xx.xx.2014 -cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı hərəkətlər edilir, onun tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 22(005)-2555/2014 saylı, xx.xx.2014 -ci il tarixli icra sənədindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il tarixli TOP 11057 saylı alqı-satqı müqaviləsinə əsasən 3287 ABŞ dolları və 300 ABŞ dolları cərimə olmaqla cəmi 3587 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat olaraq cavabdeh Şəxs alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir İş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2555/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2014-cü il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, hazırda qalıq borc 3587 ABŞ dolları, 30 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu söz verərək borcunu müəyyən müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə n əzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olm adıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-536/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-536/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver