Məhkəmə qərarları › İş №3(076)-538/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-538/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-538/2023 20.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səyavuş qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 oğlunun, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhərrəm oğlunun iştirakları ilə, xx.xx.1979-cu ildə Şəmkir rayonunun Q.İsmayılov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonunun Q.İsmayılov kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 18 aprel 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Мəhkəməsinin 2(043)-1685/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 7680 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Мəhkəməsinin 2(043)- 1685/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində Şəxs 19 aprel 2010-cu il təvəllüdlü X5 və 24 dekabr 2007-ci il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi göstərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina edərək yığılmış 7680 manat aliment borcunu tələbkara ödəməmişdir. Оna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdimat vermişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, o, aliment borcunun olduğundan məlumatlıdır, lakin maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilməmişdir. Hazırda da ödəməyə maddi imkanı yoxdur. Lakin qeyd edir ki, o, tələbkara içərisində pul olan kart verəcəyinə söz versə də, hazırda həmin kartın vaxtı bitdiyindən verə bilməmiş, yenisini çıxartdırıb verəcəyinə söz verir. Odur ki, məhkəmədən göstərdiklərinin nəzərə alınaraq qanuni qərara qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, hazırda borclu Şəxs 7680 manat aliment borcu yığılmışdır və yığılmış aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Borclu Şəxs 2 aydır ki, ona içərisində pul olan kart verəcəyinə söz versə də, onu aldadaraq verməmişdir. Şəxs şikayətçidir və ona cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün, zərərçəkmiş şəxsin (tələbkarın) və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Мəhkəməsinin 2(043)-1685/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 19 aprel 2010-cu il təvəllüdlü X5 və 24 dekabr 2007-ci il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədinin icrasına səhlənkar yanaşılmış və yığılmış 7680 manat aliment borcu ödənilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnamələrini qəsdən icra etməkdən boyun qaçırmasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsə alınmasının əvvəli 20 aprel 2023-cü il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar